Milli Şuranın, yoxsa radikal islamçıların mitinqi?

Milli Şuranın sonuncu mitinqi siyasi aksiyadan çox dini ritualar məkanına bənzəyib desək, heç də fikrimizdə yanılmarıq. Daha çox radikal dindarların cəmləşdiyi aksiyada elə dini şüarlar üstünlük təşkil edib.

Milli Şuranın sonuncu mitinqi siyasi aksiyadan çox dini ritualar məkanına bənzəyib desək, heç də fikrimizdə yanılmarıq. Daha çox radikal dindarların cəmləşdiyi aksiyada elə dini şüarlar üstünlük təşkil edib. Məntiq deməyə əsas verir ki, "Milli Şura" adlanan müxalifət qurumunun mitinq cəhdi yenə fiaskoya uğrayıb. Ümumiyyətlə, Milli Şuranın mitinqi daha çox dini çalarlarla fərqlənib, hər çıxışdan sonra "Allahu Əkbər" sədaları eşidilib. Daha dəqiq, 5-ci kalon anlayışı siyasətdə olduğu kimi din sahəsində də sözünü biruzə verib. 


Məsələ burasındadır ki, "Milli Şura" deyilən qurumun "mitinqində" tək-tük sayılacaq iştirakçıların əsas hissəsi islamçı radikal ünsürlər olublar. Hətta bunu sübut edən fakt kimi, iştirakçıların həbs olunan radikal islamçı təxribatçı Taleh Bağırzadənin portretlərini mitinqdə əllərində tutmasını göstərmək olar. Sosial bazası olmayan müxalifət qurumlarının isə artıq radikal islamçı ünsürlərə möhtac olması qaçılmaz faktdır.

Maraqlı faktlardan biri də ondan ibarətdir ki, Milli Şuranın mitinqində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəbkar olan şəxsin çıxışına yer verilib. Belə ki, radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub. Əslində Milli Şura bununla din faktorundan geniş istifadə etdiyini, dini və dindarları siyasi mübarizə alətinə çevirdiyini açıq nümayiş etdirib.
Sirr deyil ki, bəzi xarici qüvvələr radikal müxalifəti ölkənin siyasi həyatına qaytarmaq məqsədilə radikal dindarların potensialından yaralanmağa çalışır. Milli Şuranın son mitinqində Aygül Süleymanov və Taleh Bağırzadə və digərlərinin tərəfdarlarının iştirakı bunu bir daha sübut edir. Əlahəzrət fakt isə ondan ibarətdir ki, şəkilləri baş üzərinə qaldırılan Mübariz Abdullayev, Abbas Hüseyn və digərləri dövlətçiliyə qarşı törətdikləri konkret cinayət əməllərinə görə cavab verməlidirlər. 


Bununla kifayətlənməyən müxalifət hətta dindar qadınların imkanlarından yararlanmaq niyyətinə düşüb. Aksiyaya çardalı qadınların cəlb edilməsi birmənalı olaraq Milli Şura və AXCP-də təmsil olunanların siyasi ambisiyalarının reallaşdırılmasında vasitə kimi qəbul olunmalıdır. Sirr deyil ki, Milli şuranı özünün gəlir yerinə çevirən Əli Kərimli daim hiyləgərliklə siyasi partiyalar və dindarlardan öz məqsədləri üçün istifadə edib. Deməli, dindar qadınlar sadəcə meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün deyil, siyasi ambisiyalardan ötrü aksiyaya cəlb edilib. 
Ancaq deyəsən, Əli Kərimlinin bu siyasəti də foaskoya uğramaqdadır. Artıq dindarlar Qərb dairələrinin sifarişini yerinə yetirən Əli Kərimlinin əlində oyuncaq olduqlarını dərk edir və mitinqə qoşulmaqlarını səhv addım hesab edirlər. Məlumata görə, dindarlar etiraz aksiyası zamanı onların nümayəndəsinə söz verilməməsi, onların yalnız sonda ümumi cümlə ilə anılmalarını həzm edə bilmirlər.



Dəhşətli məqam ondan ibarətdir ki, hazırda dünyanın radikal dindarlardan əziyyət çəkdiyi bir məqamda Milli Şura bu qəbildən olanlara "qucaq açıb" öz siyasi məqsədləri üçün istifadə edir. Paralel olaraq Azərbaycana marağı olan xarici dairələr də bu bölgədə möhkəmlənmək üçün dini faktordan maksimum istifadə etməyə çalışırlar. Deməli, Əli Kərimlinin dindarları özünə cəlb etməsi təsadüfi yox, böyük bir oyunun tərkib hissəsidir. Əks halda, radikal dindarlar Milli Şuranın iclasında "at oynada" bilməzdilər. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31