Aktyor sevgilisinin ölümündə günahlandırılır
ABŞ-lı aktyor Cim Kerriyə məhkəmə açılıb. Xarici KİV-in məlumatına görə, buna səbəb onun keçən il yüksək dozalı narkotik maddədən ölən sevgilisi Katriona Vayta reseptli dərmanlar alması iddiasıdır.
20 Sentyabr 2016 19:50 DünyaABŞ-lı aktyor Cim Kerriyə məhkəmə açılıb.
Xarici KİV-in məlumatına görə, buna səbəb onun keçən il yüksək dozalı narkotik maddədən ölən sevgilisi Katriona Vayta reseptli dərmanlar alması iddiasıdır.
Vaytın keçmiş əri Mark Burton Keriyi reseptli dərmanları qeyri-qanuni almaq üçün "sərvətini və şöhrətini" istifadə etməkdə günahlandırıb. Los-Anceles Ali Məhkəməsində açılan şikayət ərizəsində 54 yaşlı aktyorun dərmanlatı "Artur Kinq" adıyla aldığı iddia edilib. C.Kerri bu barədə açıqlama verməyib,
Qeyd edək ki, keçən il yüksək dozadan dünyasını dəyişən Katriona Vaytın reseptli dərmanlar aldığı sübut olunmuşdu. O zaman mediada Kerri və vaytın tez-tez küsüb barışıdğı deyilirdi. Cütlük gən qızın ölümündən bir neçə gün əvvəl ayrılıbmış.