Gündəm

“Azərsu” abonentlərinə arayışlar elektron qaydada veriləcək

22 Sentyabr 2016 17:37

“Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlanılıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur.

AzTU-da beynəlxalq elmi-texniki konfrans keçiriləcək

22 Sentyabr 2016 17:35

Sentyabrın 28-30-da Azərbaycan Texniki Universitetində (AzTU) «Maşınqayırmada intellektual texnologiyalar» mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransda iştirakçılar üçün qabaqcıl elmi təcrübələrin mübadiləsi, elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanı yaranacaq.

34 həkim sertifikasiya imtahanından keçə bilməyib

22 Sentyabr 2016 17:33

Səhiyyə Nazirliyinin 19-20 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

AB Rusiyaya sanksiyaları ləğv edə bilər

22 Sentyabr 2016 17:30

Ukraynada siyasi və iqtisadi islahatlarda zəifləmə olsa, Avropa Birliyi Rusiyaya sanksiyaları ləğv edə bilər.

Almaniyadan Ərdoğana dəstək

22 Sentyabr 2016 17:29

BMT Təhlükəsizlik Şurasında təcili islahatlar keçirmək lazımdır. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziriFrank Valter Ştaynmayer söyləyib. Onun sözlərinə görə, bu dəyişiklik nəticəsində Təhlükəsizlik Şurası dünyada gedən proseslərə adekvat cavab verəcək:

Azərbaycanlı milyarderin şirkəti Rusiyada 2-ci, dünyada 6-cı YERİ TUTDU

22 Sentyabr 2016 17:28

Azərbaycan mənşəli iş adamı, milyarder Vahid Ələkbərovun prezidenti olduğu "Lukoyl" şirkəti dünyanın ən iri 250 energetik şirkəti arasında 6-cı pillədə qərarlaşıb. Modern.az xəbər verir ki, şirkət 2015-ci ildə 85,45 milyard dollar məbləğində neft-qaz məhsulu satıb. Bu ticarət sövdələşmələrindən əldə edilən xalis gəlir isə 4,33 milyard dollar təşkil edib.

ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib

22 Sentyabr 2016 17:12

ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi Gaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb.

Türkiyə millət vəkili: "Azərbaycan FETÖ ilə mübarizədə qətiyyətli addımlar atıb və atmaqda davam edir"

22 Sentyabr 2016 17:10

Türkiyə Böyük Millət Məclisinin üzvü Səid Yücenin APA-ya müsahibəsi

Səhiyyə Nazirliyi 12 yaşlı uşağın cinsiyyətinin əməliyyatla dəyişdirilməsinə münasibət bildirib

22 Sentyabr 2016 17:09

Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət bildirib.

Bəşər Əsəd: “ABŞ bilərəkdən Suriya ordusuna aviazərbələr endirib”

22 Sentyabr 2016 17:04

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonundaSuriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib".

Dərisiz doğulan körpə həkimləri şoka saldı

22 Sentyabr 2016 16:59

Hindistanın Maharashtra əyalətinin Amravati şəhərində yaşanan hadisədə 23 yaşındakı bir qadın dərisi olmayan bir qız körpə dünyaya gətirdi. Uşaq həkimi Yash Banait körpənin doğuşdan gələn bir xəstəliklə dünyaya gəldiyini, ömrü boyunca cildinin nəmləndirilərək müalicə altında tutulması lazım olduğunu ifadə etdi.

Məhəmməd Əli ölümündən sonra mükafata layiq görüldü

22 Sentyabr 2016 16:56

Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli ölümündən sonra Cessi Ouens "Olimpiya ruhu" mükafatına layiq görülüb.

Azərbaycanda bu şəxslərin meyitləri YANDIRILACAQ

22 Sentyabr 2016 16:55

Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydalar qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabinetin tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq.

TÜRKPA referendumu müşahidə edəcək

22 Sentyabr 2016 16:53

Azərbaycan Respublikasının Milli Məclisinin dəvəti ilə TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir. Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaq.