Gündəm
Elçin Mirzəbəyli: “Venesiya Komissiyasının rəyi qərəzlidir”
“Venesiya Komissiyasının tələm-tələsik, heç bir əsas olmadan və birtərəfli qaydada rəy açıqlaması bu qurumun fəaliyyət prinsiplərinə qətiyyən uyğun deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
İcbari Tibbi Sığortaya keçidlə əlaqədar alman mütəxəssislər Azərbaycana gələcək
Səhiyyə naziri Oqtay ŞirəliyevAlmaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabı qəbul edib.
Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsi müzakirə edilib
Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Uorlik: “Münaqişənin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyirik”
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyir”.
TQDK nəşrlərinin saxta yolla çapını həyata keçirənlər cəzalandırılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparılır. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil edirlər. İndiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb. Mütəmadi olaraq keçirilən reydlər zamanı məlum olub ki, İbrahimov Anar Nəriman oğlu və Şıxəliyeva Mirvari Bahadır qızı onlara məxsus mağazalarda hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni üsulla satışını həyata keçirirlər.
Taleh Bağırovun tərəfdarları şahidləri və prokuroru təhqir edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oğru dəstənin daha bir üzvü saxlanıb
Xətai rayonunda oğurluqla məşğul olan dəstənin daha bir üzvü ələ keçib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bakı şəhər sakini Ağəli Muxtarovun mağazasından 350 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – həmyerlisi Azər Pühən tutulub.
Avtobusdan oğurluq etmək istədi
Avtobusdan oğurluq etmək istəyən şəxs ələ keçib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də şəhər sakini Vidadi Əliyevin idarə etdiyi “İsuzu” markalı xətt avtobusundan pul oğurlamağa cəhd göstərmiş Tovuz rayon sakini Seymur Vəliyev tutulmuşdur. Araşdırma aparılır.
Evdən qızıl aparmaq istəyən ələ keçib
Sentyabrın 20-də Bakı şəhər sakini Bayram Qardaşxanovun evindən 200 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamağa cəhd göstərilib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Rəhman Məmmədov tutulub.
Avtomobil oğrusu “iş başında” yaxalanıb
Suraxanı rayonunda maşın qaçırmağa cəhd edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bülbülə qəsəbə sakini Həsən Məmmədova məxsus “VAZ-21074” markalı avtomobildən oğurluğa cəhd göstərmiş Salyan rayon sakini Qəribağa Qocayev tutulub.
13 evi qarət edən dəstə ifşa olunub
Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 11-dən sentyabrın 19-dək olan müddətdə Bakı şəhər sakinlərinə məxsus 13 evdən, habelə 1 mağazadan pul, təmir-tikinti alətləri, elektrik avadanlıqları, tütün məmulatı, danışıq kartları, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslə saxlanıb. DİN-dən verilən məlumata görə, onların paytaxt sakini Həmid Əliyev, Lənkəran rayon sakinləri Teyyub Məmmədli, əvvəllər məhkum olunmuşlar Orxan Əlizadə və Vüsal Məmmədli olduğu müəyyən edilib.
Avtomobil yol ayrıcına çırpıldı
Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 21-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Elman Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
“Metropoliten” növbəti təlim keçirib
Sentyabrın 21 və 22-sində “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində maliyyə departamentinin mühasib heyəti üçün beynəlxalq mühasibat uçotu standartlarına dair təlimlər keçirilib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, təlimlərin təşkil olunmasında məqsəd müəssisənin uçot siyasətinin yenidən qurulması, bu sahədə mövcud beynəlxalq qaydaların və standartların tətbiqi, həmçinin bu standartların yerli mühasibat uçotuna uyğunlaşdırılması ilə bağlı olub. Təlimləri bu sahədə nəzəri və praktik təcrübəsi olan “Baker Tilly Azerbaijan” şirkətinin mütəxəssisləri aparıblar.
Qarabağda erməni əsgər özünü ÖLDÜRDÜ
Bir müddət əvvəl Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində əsgər Narek Patatanyan müəmmalı şəkildə aldığı güllə yarasından ölüb.
Məktəblərdə Konstitusiya dərsi ləğv edilib? - Rəsmi
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində bir sıra dərslərin, xüsusilə bu ilə qədər IX siniflərə keçirilən Konstitusiya dərsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.














