Karapetyan: “Kənar göstərişlərlə Konstitusiyanın dəyişdirilməz maddələrinə toxunmaq suverenliyin itirilməsidir” – ÖZƏL
12:55 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Güclü Ermənistan" blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında ölkədəki konstitusiya proseslərinə münasibət bildirib. O qeyd edib ki, hər üç vətəndaşdan biri Konstitusiya ətrafında gedən proseslərin təfərrüatlarından xəbərsizdir və hazırda əsas vəzifə xalqı baş verənlər barədə məlumatlandırmaqdır.
Karapetyan dövlətin bütün təməlinin Müstəqillik Bəyannaməsində əks olunduğunu və Konstitusiyada bu bəndin dəyişdirilməz olduğunun yazıldığını xatırladıb.
Fraksiya rəhbəri vurğulayıb ki, "kənar göstərişlərlə Konstitusiyanın dəyişdirilməz müddəalarını dəyişməkdən daha pis suverenlik itkisi variantı yoxdur" və təmsil etdiyi siyasi qüvvə bu gündəliyi qətiyyətlə rədd edir.