Skott Ritter: ABŞ ictimaiyyətinə Ukrayna ilə bağlı reallığı əks etdirməyən məlumatlar təqdim olunur- ÖZƏL

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter Amerika ictimaiyyətinin Ukraynada baş verən hadisələr barədə real məlumatlardan deyil, təbliğatdan qaynaqlanan informasiyalardan bəhrələndiyini bildirib.
Olaylar.az xəbər verir ki,  o, bu barədə TASS-ın Ukraynada yaranmış siyasi, iqtisadi və hüquqi vəziyyətə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı danışıb.
Ritterin sözlərinə görə, ABŞ-da informasiya təqdimatı Corc Oruellin "1984" əsərində təsvir olunan hadisələri xatırladır. O qeyd edib ki, ictimaiyyətə təqdim olunan məlumatlar hadisələrin gedişinə uyğun olaraq dəyişdirilir, əvvəlki müttəfiqlər düşmənə, düşmənlər isə müttəfiqlərə çevrilir.
"Bu gün Amerikada vəziyyət məhz belədir. Bizim məlumatlarımız reallığa deyil, təbliğata əsaslanır. Amerika xalqına faktlara söykənərək həqiqəti yenidən öyrətməliyik", - deyə Ritter vurğulayıb.
Keçmiş kəşfiyyat analitikinin fikrincə, Amerika ictimaiyyətinin böyük bir hissəsi Ukraynada əslində hansı proseslərin baş verdiyindən xəbərsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31