Bəşər Əsəd: “ABŞ bilərəkdən Suriya ordusuna aviazərbələr endirib”

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonundaSuriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib".

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonundaSuriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Associated Press" agentliyinə müsahibəsindəSuriya prezidenti Bəşər Əsədbildirib. 
 

Onun sözlərinə görə, Suriyahərbçilərinin mövqeyinə endirilən aviazərbələr bir saat davam edib: "Bu təsadüf insident deyildi. Suriya əsgərlərinə bir deyil, dörd təyyarə aviazərbə endirib. Bir saatdan çox səhv etmək olmaz".
 

Qeyd edək ki, Qərb koalisiyasının sentyabrın 17-də Suriya ordusuna endirdiyi aviazərbə nəticəsində  62 hərbçi ölüb, 100 nəfər yaralanıb. Aviazərbə faktını etiraf edən ABŞ komandanlığı bu barədə Moskvanı əvvəlcədən xəbərdarlıq etdiyini bəyan edib. Rusiya XİN isə ABŞ-ın bu addımını İŞİD terrorçu qruplaşmasına dəstək kimi qiymətləndirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31