34 həkim sertifikasiya imtahanından keçə bilməyib
Səhiyyə Nazirliyinin 19-20 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.
22 Sentyabr 2016 17:33 SosialSəhiyyə Nazirliyinin 19-20 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, imtahanlarda ümumilikdə 296 həkim iştirak edib. Onlardan 34-ü imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31