Gündəm
Əli Həsənov: "Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müsahibəsi - Əli müəllim, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatını açıqlayıb. Hesabata münasibətiniz necədir?
Gənclərin vətənpərvər ruhda tərbiyəsinə diqqət artırılır
Aprel döyüşləri və Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, eləcə də uzun illər işğal altında olan bir neçə yüksəkliyin azad edilməsi bir daha sübut etdi ki, Azərbaycan gəncləri vətənpərvər ruhda tərbiyə olunur. Ancaq hazırda ölkəmiz müharibə şəraitində yaşadığı üçün gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha çox diqqət ayrılması vacib hesab edilir. Elə bu zərurəti nəzərə alan müvafiq dövlət qurumları gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik müxtəlif tədbirlər, layihələr həyata keçirirlər.
Radikallar üçün dövlətçilik anlayışı yoxdur
Ümumxalq səsverməsinin tarixi yaxınlaşdıqca ölkədə siyasi aktivlik bir qədər də artır. Keçirilən görüşlərdə əhalinin ümumxalq səsverməsi, konstitusiya islahatlarına yüksək dəstəyi nümayiş olunsa da, lakin bəzi daxili qüvvələr və onların xaricdəki havadarlarını bu situasiya qane etmir.
Jurnalistlərə hökm oxundu
Məhkəmə məşhur türk jurnalistlər Əhməd və Məhməd Altan qardaşlarına hökm oxuyub.
ABŞ-da fövqəladə vəziyyət elan olundu
ABŞ Milli Qvardiyası etiraz aksiyalarının davam etdiyi Şarlot şəhərinə daxil olub. Qafqazinfo xəbər verir ki, etiraz aksiyaları qaradərili vətəndaşın polis tərəfindən güllələnməsindən sonra başlayıb.
Astaranın daha bir kəndinə ilk dəfə təbii qaz verildi
Sentyabrın 22-də Astara rayonunun Şağlazüzə kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 233 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 23247 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
BMT-nin xüsusi məruzəçisi Vergilər Nazirliyində olub
Vergilər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ilə görüş keçirilib.
Dayanacaqlarda xüsusi məlumat lövhələri quraşdırılacaq
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda xidmət səviyyəsinin artırılması, əhalinin şəhərdaxili avtobuslardan istifadəsinin daha da yaxşılaşdırılması, eləcə də əlavə vaxt itkisinin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Agentliyin İctimai əlaqələr və maarifləndirmə
Referendum günü məhkumlar da səs verəcək
Bu il təxminən 20000-ə yaxın məhkum və həbs olunmuş şəxs öz səsvermə hüququndan istifadə edə biləcək. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov deyib ki, Azərbaycanda müxtəlif illərdə keçirilən ümumxalq səsvermələrində məhkum və həbs olunmuş şəxslər də, azadlıqda olan insanlar kimi bu hüquqlarından istifadə ediblər: “Əvvəlki illərdə olduğu kimi bu ildə həbs edilmiş və məhkum edilmiş şəxslər Konstitusiyaya, seçki qanunvericiliyinə uyğun şəkildə səsvermə hüququndan istifadə edəcəklər.
Mətbuat Şurası jurnalistlərə yeni gödəkcələr paylayıb
Azərbaycan Mətbuat Şurası ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına üzərində “PRESS” yazılmış xüsusi gödəkcələr paylayıb.
Sentyabrın 22-dən Azərbaycanda payız fəsli başlayır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, ölkəyə payız fəsli sentyabrın 22-də saat 18:21-də daxil olacaq.
“Şərq nağılı” festivalının iştirakçıları Milli Məclisdə olub
Bakıda keçirilən “Şərq nağılı” əlilliyi olan gənclərin beynəlxalq yaradıcılıq festivalının iştirakçıları Milli Məclisdə olub. “Olaylar” xəbər verir ki, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Litvadan olan yaradıcı gənclərə fiziki imkanları məhdud insanlarla bağlı Azərbaycan qanunvericiliyi barədə geniş məlumat verilib.
Ağstafada sahibkarlara güzəştli kreditlər verilib
Sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağstafa rayonunun Göycəli kəndində keçirib.
Fikrət Məmmədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüşüb. "Olaylar” xəbər verir ki, dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən nazir bu münasibətlərin xalqlarımızın ümumi milli mənafelərinə uyğun daha da möhkəmləndiyini vurğulayıb, Türkiyənin bu ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhdin qarşısının qətiyyətlə alınaraq demokratiya yolu ilə uğurla inkişaf etdiyini qeyd edib.
Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.














