Referendum günü məhkumlar da səs verəcək

Bu il təxminən 20000-ə yaxın məhkum və həbs olunmuş şəxs öz səsvermə hüququndan istifadə edə biləcək. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov deyib ki, Azərbaycanda müxtəlif illərdə keçirilən ümumxalq səsvermələrində məhkum və həbs olunmuş şəxslər də, azadlıqda olan insanlar kimi bu hüquqlarından istifadə ediblər: “Əvvəlki illərdə olduğu kimi bu ildə həbs edilmiş və məhkum edilmiş şəxslər Konstitusiyaya, seçki qanunvericiliyinə uyğun şəkildə səsvermə hüququndan istifadə edəcəklər.

Bu il təxminən 20000-ə yaxın məhkum və həbs olunmuş şəxs öz səsvermə hüququndan istifadə edə biləcək. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov deyib ki, Azərbaycanda müxtəlif illərdə keçirilən ümumxalq səsvermələrində məhkum və həbs olunmuş şəxslər də, azadlıqda olan insanlar kimi bu hüquqlarından istifadə ediblər: "Əvvəlki illərdə olduğu kimi bu ildə həbs edilmiş və məhkum edilmiş şəxslər Konstitusiyaya, seçki qanunvericiliyinə uyğun şəkildə səsvermə hüququndan istifadə edəcəklər. Onlar öz mövqelərini gizli səsvermə yolu ilə ifadə edəcəklər. Bizdə kifayət qədər səsvermə hüququ olan şəxslər var. Həbs və məhkum olunmuş şəxslərə mütəmadi olaraq hüquqları başa salınır. Həm seçki qanunvericiliyi izah olunur, həm də hansı hüquqlara malik olmaları izah olunur. 26 sentyabr tarixində referendum günündə də onlar gizli səsvermə hüquqlarından istifadə edəcəklər". Səsvermə hüququ olan şəxsləin sayına gəlincə, qurum rəsmisi bunları deyib: "Azadlığa çıxan, yeni həbs olunan şəxslər var. Ona görə dəqiq say demək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31