“Şərq nağılı” festivalının iştirakçıları Milli Məclisdə olub
Bakıda keçirilən “Şərq nağılı” əlilliyi olan gənclərin beynəlxalq yaradıcılıq festivalının iştirakçıları Milli Məclisdə olub. “Olaylar” xəbər verir ki, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Litvadan olan yaradıcı gənclərə fiziki imkanları məhdud insanlarla bağlı Azərbaycan qanunvericiliyi barədə geniş məlumat verilib.
22 Sentyabr 2016 16:01 SosialBakıda keçirilən "Şərq nağılı" əlilliyi olan gənclərin beynəlxalq yaradıcılıq festivalının iştirakçıları Milli Məclisdə olub. "Olaylar" xəbər verir ki, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Litvadan olan yaradıcı gənclərə fiziki imkanları məhdud insanlarla bağlı Azərbaycan qanunvericiliyi barədə geniş məlumat verilib. Azərbaycanda fiziki imkanları məhdud insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, hüquqlarının qorunması sahəsində davamlı və sistemli iş aparılır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu istiqamətdə beynəlxalq tələblərə cavab verən çoxsaylı müxtəlif qanunlar qəbul etdiyini deyərək, hazırda daha bir neçə layihə üzərində iş aparıldığını bildirdi. Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı isə inklüziv təhsilin təşkili, əlil uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan söz açaraq bu sahədə Heydər Əliyev Fondunun gördüyü mühüm işləri qeyd etdi.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə Azərbaycan hökumətinin və qeyri-hökumət təşkilatlarının əlilliyi olan gənclərlə bağlı həyata keçirdiyi proqram və layihələrdən danışdı. Millət vəkili Çingiz Qənizadə parlamentdə fikizi imkanları məhdud insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və hüquqlarının möhkəmləndirilməsi ilə bağlı mütəmadi olaraq müzakirələrin aparıldğını, lazım gəldikdə isə hüquqi sənədlərə əlavə və dəyişikliklərin edildiyini dedi. Digər çıxış edənlər bu cür tədbirlərin fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək baxımından əhəmiyyətli saydılar.