AzTU-da beynəlxalq elmi-texniki konfrans keçiriləcək
Sentyabrın 28-30-da Azərbaycan Texniki Universitetində (AzTU) «Maşınqayırmada intellektual texnologiyalar» mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransda iştirakçılar üçün qabaqcıl elmi təcrübələrin mübadiləsi, elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanı yaranacaq.
22 Sentyabr 2016 17:35 SosialSentyabrın 28-30-da Azərbaycan Texniki Universitetində (AzTU) "Maşınqayırmada intellektual texnologiyalar" mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransda iştirakçılar üçün qabaqcıl elmi təcrübələrin mübadiləsi, elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanı yaranacaq. Beynəlxalq Konfransın işi 8 bölmə üzrə təşkil olunacaq. Maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edən bölmələrə artıq 240 məqalə təşkilat komitəsinə təqdim olunub. 3 gün davam edəcək konfransda çox sayda tanınmış alimin və nüfuzlu qonağın iştirakı gözlənilir. Qonaqlar arasında Almaniya, Rusiya, Türkiyə və Ukraynadan olan elm adamları çoxluq təşkil edir. Həmçinin böyük zavod və müəsisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları da konfransa dəvətlidi.