“Azərsu” abonentlərinə arayışlar elektron qaydada veriləcək

“Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlanılıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur.

"Azərsu" ASC tərəfindən zəruri işlər aparılaraq "I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlanılıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur. İndiyədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər. Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq. Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra borcun olmaması barədə arayışı www.azersu.az saytı və www.e-gov.az portalından istifadə etməklə əldə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31