ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi Gaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb.

ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib.

"Hürriyet" qəzetinin verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi Gaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb.

Səfirliyin ABŞ vətəndaşlarına xitabən yayımladığı mesajda qeyd olunub ki, Türkiyə polisi Gaziantepdə terrorçularla bağlı istintaq aparır və bu məlumat terrorçuların ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacağına işarə edir.

Azərbaycanda bu şəxslərin meyitləri YANDIRILACAQ

Səfirlik ABŞ vətəndaşlarına belə yerlərə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməsi tövsiyə edib. ABŞ səfirliyi terror aktının hansı terror təşkilatları tərəfindən həyata keçirilə biləcəyinə aydınlıq gətirməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31