Gündəm

Yeniyetmələr arasında milli musiqinin təbliği ilə bağlı layihə yekunlaşıb

3 Oktyabr 2016 12:33

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Səbinə Novruzzadə tərəfindən həyata keçirilən “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin yekun tədbiri Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Yusif Mirzəyev adına 44 saylı orta məktəbdə baş tutub.

Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

3 Oktyabr 2016 12:31

Oktyabrın 3-dən 7-dək Makedoniyanın Kavadarci şəhərində Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir cəbhə bölgəsinə gedir

3 Oktyabr 2016 12:30

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 10-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində vətəndaşları qəbuledəcək.

Musiqi sahəsində xüsusi istedadı olan gənclərin üzə çıxarılır 

3 Oktyabr 2016 12:27

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihəsinin növbəti tədbirini Bakının Nərimanov rayonunda yerləşən Odlar Yurdu Universitetində davam etdirib.

Gənclər ekoloji sahədə maarifləndirilib

3 Oktyabr 2016 12:26

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Ekoloji İncəsənət” layihəsinin təlimləri sona çatıb. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gənclər arasında informasiyanın yayılmasına dəstəkdir.

ASAN Xidmət ATƏT PA-da “yaxşı idarəetmə” modeli kimi qiymətləndirildi

3 Oktyabr 2016 12:24

“İnkluziv iqtisadi artım bütün dünya ölkələri qarşısında əsas çağırışlardan birinə çevrilməkdədir. Yalnız inkluziv iqtisadi inkişaf insanlar arasında gəlirlərin ədalətli bölgüsünü təmin edə bilir”.

Roma Papasının Bakıya səfərini qeyri-ciddi qəbul etmək gerizəkalılıq əlamətidir

3 Oktyabr 2016 12:23

“Roma Papasının Bakıya səfərini lağa qoymaq və ya qeyri-ciddi qəbul etmək, gerizəkalılıq əlamətidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri sabiq müsavatçı Səxavət Əlisoy səsləndirib. O, bildirib ki,   Katolik dünyasında söz sahibi olan Papa heç bir vaxt və təsadüfən heç bir ölkəyə səfər etməz: “Roma papası nə özbaşına turist səfərinə çıxa bilər, nə də, kommersiya məqsədilə səyahət edə bilər. O, hara gedirsə, arxasında katolik dünyasının maraqları dayanır. Papadan hədiyyə uman gerizəkalı müsəlmanlar isə təəssüf ki, bunu qanmır.

Ermənistan uğursuzluğa məhkumdur

3 Oktyabr 2016 12:22

Biz Ermənistanın bir dövlət kimi uğursuzluğa düçar olduğunu müşahidə edirik. Öz qonşularına qarşı işğalçı siyasət yürüdən, onlara qarşı əsassız olaraq ərazi iddiasında bulunan bir dövlət inkişaf edə bilməz və uğursuzluğa məhkumdur”.

Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir

3 Oktyabr 2016 12:20

Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ABŞ-a səfəri zamanı bildirib ki, lideri olduğu "Vahid Milli Hərəkat" partiyasının seçkilərdəki "qaçılmaz" qələbəsindən sonra ölkəyə dönəcək. 

Polis əhaliyə atəş açdı - 52 nəfər öldü

3 Oktyabr 2016 12:18

Efiopiyada 3 milyon əhalinin milli-dini bayramını qeyd etdiyi zaman qanlı insident yaşanıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Əddis-Əbəbənin 45 kilometrliyində yerləşən Dberzit şəhərində Oromo qəbiləsinin bayramında əhali ilə polis arasında qarşıdurma yaranıb.

İŞİD liderinin yeməyinə zəhər qatdılar, vəziyyəti ağırdı

3 Oktyabr 2016 12:15

“İslam dövləti” qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zəhərləyiblər. Modern.az xəbər verir ki, bu barədə İraq mediası Naynava vilayətindəki mənbəsinə əsasən xəbər yayıb.

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

3 Oktyabr 2016 12:13

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-210, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.

Ronaldo daha bir otelini istifadəyə verdi

3 Oktyabr 2016 12:12

"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldo "Pestana CR7" brendi ilə növbəti otelini açıb. SİA-nın məlumatına görə, ulduz futbolçu Lissabonda 4 ulduzlu otelinin açılışında iştirak edib. O, gələcəyini düşündüyü üçün öz biznesini qurduğunu bildirib: "Həyat sadəcə futboldan ibarət deyil. Futbol mənim ehtirasımdır. Amma gələcək barədə düşünmək də lazımdır. Mənim futbol karyeram Lissabonda başlayıb.

Türkiyədə partlayış: 2 ölü, 1 yaralı

3 Oktyabr 2016 12:10

Türkiyənin Hakkari vilayətində partlayış olub. Trend "Habertürk"ə istinadən məlumat verir ki, vilayətin Dağlıca ərazisində hərbi maşın keçən zaman baş verən partlayış nəticəsində 2 hərbçi ölüb, 1-i yaralanıb.

Davud Çərmi: "Müsəlman ölkələrinin ərazilərinin işğal edilməsinə son qoyulmalıdır"

3 Oktyabr 2016 12:08

"İran Assosiasiyanın yaradılmasını dəstəkləyir. İnanıram ki, bu Assosiasiya İslam aləmini dünyada düzgün təmsil edəcək, islamafobiyanın qarşısının alınmasına xidmət edəcək". SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransında çıxış edərkən deyib.