ASAN Xidmət ATƏT PA-da “yaxşı idarəetmə” modeli kimi qiymətləndirildi
“İnkluziv iqtisadi artım bütün dünya ölkələri qarşısında əsas çağırışlardan birinə çevrilməkdədir. Yalnız inkluziv iqtisadi inkişaf insanlar arasında gəlirlərin ədalətli bölgüsünü təmin edə bilir”.
3 Oktyabr 2016 12:24 Sosial"İnkluziv iqtisadi artım bütün dünya ölkələri qarşısında əsas çağırışlardan birinə çevrilməkdədir. Yalnız inkluziv iqtisadi inkişaf insanlar arasında gəlirlərin ədalətli bölgüsünü təmin edə bilir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ATƏT Parlament Assambleyasının Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən "ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi" adlı toplantısında Milli Məclisin depuatatı, ATƏT PA-nın üzvü Tahir Mirkişili çıxışı zamanı səsləndirib. Deputat həmçinin bildirib ki, iqtisadi inkişafa nail olmaqda dövlət idarəetməsinin mühüm rolu vardır. "Yaxşı idaraetmə" və optimal tənzimləmə iqtisadi inkişafı hər zaman təşviq edir. "Bəs yaxşı idarəetmə deyəndə nə anlaşılır? Yaxşı idaraetmənin ən effektiv üsullarından biri elektron idarəetmənin inkişaf etdirilməsidir. Hesablamalara görə, e-xidmətlərin inkişafı ÜDM-in 2 faizə qədər artımına gətirib çıxardır". Tahir Mirkişili iştirakçılara Azərbaycanda bu istiqamətdə görülən işlərdəndən bəhs edib. O, Azərbaycanda çox funksiyalı ASAN Xidmət mərkəzlərinin yaradılmasını, insanlara elektron resurslardan istifadə edərək qısa zaman kəsiyində xidmət göstərilməsini, Ailə Biznesinin inkişafı üçün ABAD mərkəzləriin yaradılmağa başladığını "Yaxşı idarəetmə"nin bariz nümunəsi kimi göstərib. "Biz ATƏT PA-nı bütün ATƏT regionunda elektron hökumətin inkişaf etdirilməsini təşviq etməyə çağırır və elektron idarəetmənin yayılmasının iqtisadi inkişafa və demokratik dəyərlərin inkişafına gətirib çıxaracağına inanırıq".