Gündəm
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan milli komandasının Norveç və Çexiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.
Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb
Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.
Asim Mollazadə: “Azərbaycan mühüm missiyanı öz üzərinə götürür”
“Heç şübhəsiz ki, Roma Papası Fransiskin Azərbaycana səfərinin böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi sivilizasiyalararası dialoq davam edir. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərdən biridir”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Əli Həsənov: "İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə ilk dəfə Azərbaycan çıxış edib"
"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 2014-cü il dekabrın 3-də Tehranda keçirilən toplantısında ilk dəfə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Həmin konfransda mən bu təşəbbüsü səsləndirdim".
Əli İnsanov Azərbaycanı tərk edəcək - İDDİA
Bu ay həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cəza müddəti başa çatır. Musavat.com bildirir ki, 2005-ci il oktyabrın 20-də həbs edilən Ə. nsanov 11 il müddətinə məhkum edilib və bu cəzanın müddəti bitir. Amma azadlığa çıxacağı günləri sayan sabiq nazir avqustun 24-də 3 yeni cinayət maddəsi ilə üz-üzə qaldı, barəsində yeni istintaq başladı.
Sabiq müdafiə nazirinə sui-qəsd edildi
Gürcüstanda naməlum şəxslər majoritar deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.
Son Dəqiqə! Türkiyədə PARTLAYIŞ: iki əsgər şəhid oldu, biri yaralandı
Hakkaridə Yüksekova Dağlıca bölgəsində hərbi avtomobilin hərəkəti zamanı meydana gələn partlayışda 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
Qıza dərman içirdib yatırtdıqdan sonra zorladı
İstanbulun Şişli bölgəsində 28 yaşlı A.T.-nin evində girov saxladığı qız tanışı - 23 yaşlı E.M. evdən qaçaraq polisə gedib. Universitet tələbəsi E.M., dərman içirdildikdən sonra təcavüz edildiyini söyləyincə polis evə basqın edib.
Təyyarəyə civə keçirtdi: 6 istiqamətə uçuş təxirə salındı
Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb. Report bildirir ki, buna səbəb aeroportda civə axıntısı olub. Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.
Rüfət Səfərovun saxlanıldığı kamerada problem aradan qaldırıldı
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovun saxlanıldığı kameradakı problem aradan qaldırılıb.
Qadın polisə şillə vurub, gözünü "oydu"
Türkiyədə qəribə hadisə baş verib. "Haberler" xəbər verir ki, taksidəki sərxoş qadın onları yoxlamaq üçün saxlatdıran qadın polis işçisini "əynindəki formaya güvənirsən?" deyərək şillələyib, sonra da barmağını gözünə soxub.
Azərbaycanda 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanıldı
Oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb.
Bu ölkənin əhalisi əsrin fürsətindən imtina etdi
Kolumbiyalılar FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalanmasının əleyhinə çıxıblar.
Məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri hazırlanıb
Məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri hazırlanıb.
Yunanıstanda 4,5 gücündə zəlzələ olub
Yunanıstan sahillərində 4,5 maqnitudalı zəlzələ baş verib. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Zakinf adasından 20,3 km cənub-şərqdə, ocağı isə 21,4 km məsafədə yerləşib.














