Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb
Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.
3 Oktyabr 2016 11:53 SosialSəhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, imtahanlarda ümumilikdə 232 həkim iştirak edib, onlardan 34-ü imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31