Bu ölkənin əhalisi əsrin fürsətindən imtina etdi

Kolumbiyalılar FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalanmasının əleyhinə çıxıblar. 

Kolumbiyalılar FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalanmasının əleyhinə çıxıblar. 

Axar.az bildirir ki, ölkədə keçirilən referendumda əhalinin 50,23%-i  terror təşkilatı ilə imzalanan sülh müqaviləsinin əleyhinə çıxıb. Sülh müqaviləsi əleyhdarları bu addımı atmalarına əsas səbəb kimi hakimiyyətin terror təşkilatına qarşı həddən artıq yumşaq davranmalarını göstəriblər. 
 
Qeyd edək ki, bir müddət öncə Kolumbiya hökuməti FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, terror təşkilatı silahı yerə qoyacaq və 2018-ci il seçkisində iştirak edəcəkdi. Üstəlik, hökumət 2026-cı ilə qədər terror təşkilatına parlamentdə 10 zəmanətli yer verəcək, bunun qarşılığında FARC narkoticarətdən əl çəkəcəkdi. 
 
FARC-la hökumət qüvvələri arasında savaş 1964-cü ildən bu yana davam edir. Bu savaş indiyə qədər 250 min nəfərin ölümünə səbəb olub, 6 milyon nəfər evindən didərgin düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31