Gündəm

Kadırov açıqladı: "Çeçenistanda sabitliyi pozanlar güllələnəcək"

3 Oktyabr 2016 11:12

Çeçenistanda sabitliyi pozanlar güllələnməlidir. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Novoya Qazeta”ya açıqlamasında deyib. “Çeçenistan Respublikasında sabitliyi pozanlara atəş açılsın. Bunun qanuni olub-olmaması fərq etmir. Vurulsun. Anladınız? Onda problem də olmaz. Bax bu qanundur”, - Kadırov bildirib.

İŞİD Liviyada hollandiyalı jurnalisti öldürdü

3 Oktyabr 2016 11:11

Liviyanın Sirt şəhərində hollandiyalı jurnalist öldürülüb. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Niderlanddan olan jurnalist şəhərdə baş verən döyüşləri işıqlandırdığı zaman həlak olub. “Bu gün bir hollandiyalı jurnalist İŞİD snayperinin gülləsinə tuş gəlib.  O, sinəsinə aldığı güllə yarasından dünyasını dəyişib”, deyə Misrata şəhər xəstəxanasının nümayəndəsi bildirib.Liviyanın Sirt şəhəri 2015-ci ildən İŞİD silahlılarının nəzarəti altındadır.  May ayından  şəhər uğrunda terrorçular və Liviya ordusu arasında şiddətli döyüşlər gedir. 

Mübariz Əhmədoğlu: “Roma Papasının səfəri müsbət dəyərləndirilməlidir”

3 Oktyabr 2016 11:08

“Hesab edirəm ki, son onillikdə Roma Papası Fransiskinin Azərbaycana səfəri ən vacibi idi. Bu səfər zamanı heç bir müqavilə imzalanmadı və imzalanmamalı idi. Amma bütünlükdə bu mühüm xarici səfərin böyük strateji əhəmiyyəti vardı”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Elman Məmmədov: “Azərbaycan dünyaya bir simvoldur”

3 Oktyabr 2016 11:06

“Bu gün dünya Azərbaycanı artıq çoxdandır ki, ən müsbət istiqamətdə, inkişaf etmiş demokratik bir dövlət kimi tanıyır və qəbul edir. Ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu da növbəti uğur idi”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Çində iki bina uçub, ölənlər var

3 Oktyabr 2016 11:04

Çinin Qansyü əyalətində iki binanın uçması nəticəsində 4 nəfər ölüb.

Azərbaycan prezidenti Latviya Seyminin sədrini qəbul edib

3 Oktyabr 2016 11:02

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

RYTN-nin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə istintaq tamamlanıb

3 Oktyabr 2016 11:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə başlanmış cinayət işi üzrə həbs olunan şəxslərin cinayət işi üzrə istintaq tamamlanıb.

Əli Həsənov: “Müsəlman ölkələrinin vahid internet resurslarının yaradılmasına ciddi ehtiyac var”

3 Oktyabr 2016 10:59

"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik”.

Baş prokurordan MTN açıqlaması

1 Oktyabr 2016 11:06

Başqa qitədən gəldilər, klublarımızı məyus etdilər

30 Sentyabr 2016 20:06

Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra qarşılaşmaların ən yaxşı futbolçuları açıqlanıb.

Keş yaddaşın idarəetməsi üzrə yeni üsul prosessorun məhsuldarlığını 9.5% artırıb

30 Sentyabr 2016 19:48

“Samsung Electronics” şirkəti və Şimali Karolina Universitetinin alimləri tərəfindən keş yaddaşın idarəetməsi üçün hazırlanmış yeni üsul məlumatların prosessorlar tərəfindən tapılması effektivliyini və sürətini yüksəltməyə imkan verib.

“Ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyator hazırlanıb

30 Sentyabr 2016 19:43

“Panasonic” şirkəti “ağıllı” geyim və daşınan qurğular üçün elastik litium-ion akkumulyator təqdim edib. Qalınlığı 0,55 mm təşkil edən batareya dəfələrlə əyildikdən (radius - 25 millimetrədək) və burulduqdan (öz oxu üzrə 25 dərəcə) sonra yenidən enerji ilə doldurulur və işləmə xüsusiyyətlərini saxlayır. Onun üstünlüyü məhz bundadır: ənənəvi litium-ion akkumulyatorlardan fərqli olaraq yeni batareya formasını dəyişmir və buna görə əyiləndə sınmır.

Avropol: “Kiberfırıldaqçılıq sürətlə inkişaf edir”

30 Sentyabr 2016 19:36

Avropa İttifaqının polis xidməti olan Avropol kiberhücumların sayında xeyli artım qeydə alıb. Son məlumatlara əsasən, 2015-ci ildə Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi kiberfırıldaqçılığın aradan qaldırılması üzrə 131 uğurlu əməliyyat keçirib ki, bu da 2014-cü illə müqayisədə iki dəfə yüksəkdir.

Boşanan cütlük yenidən

30 Sentyabr 2016 19:31

Üç ay əvvəl boşanma proseslərini yekunlaşdıran aktrisa Bade İşçil və iş adamı Malkoç Süalp yenidən məhkəmədə üz-üzə gəliblər.