Baş prokurordan MTN açıqlaması
1 Oktyabr 2016 11:06 KriminalBaş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları haqqında istintaq davam etdirilir.
Trend bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
Onun sözlərinə görə, istintaq 280 epizod üzrə davam etdirilir:
"Cinayət işinin biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam etdirilir. İstintaq nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar bu məsuliyyətdən kənarda qalmayacaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31