Kadırov açıqladı: "Çeçenistanda sabitliyi pozanlar güllələnəcək"
Çeçenistanda sabitliyi pozanlar güllələnməlidir. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Novoya Qazeta”ya açıqlamasında deyib. “Çeçenistan Respublikasında sabitliyi pozanlara atəş açılsın. Bunun qanuni olub-olmaması fərq etmir. Vurulsun. Anladınız? Onda problem də olmaz. Bax bu qanundur”, - Kadırov bildirib.
3 Oktyabr 2016 11:12 DünyaÇeçenistanda sabitliyi pozanlar güllələnməlidir. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov "Novoya Qazeta"ya açıqlamasında deyib. "Çeçenistan Respublikasında sabitliyi pozanlara atəş açılsın. Bunun qanuni olub-olmaması fərq etmir. Vurulsun. Anladınız? Onda problem də olmaz. Bax bu qanundur", - Kadırov bildirib.
Xatırladaq ki, Kadırov çıxışlarında bir neçə dəfə Rusiya hakimiyyəti əleyhinə olanları vətən xaini adlandırmışdı. Bu səbəbdən onun "sabitliyi pozanlar" dedikdə məhz rusiyalı müxalifləri nəzərdə tutduğu güman edilir.