Yeniyetmələr arasında milli musiqinin təbliği ilə bağlı layihə yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Səbinə Novruzzadə tərəfindən həyata keçirilən “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin yekun tədbiri Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Yusif Mirzəyev adına 44 saylı orta məktəbdə baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Səbinə Novruzzadə tərəfindən həyata keçirilən "Milli musiqimizin təbliğatçısına çevrilək" adlı layihənin yekun tədbiri Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Yusif Mirzəyev adına 44 saylı orta məktəbdə baş tutub. "OLAYLAR"-ın xəbərinə grə, lahihənin icraçısı Səbinə Novruzzadə deyib ki, bu gün Azərbaycan höküməti tərəfindən milli musiqinin təbliği ilə bağlı ciddi addımlar atılsa da hələ də yeniyetmələr arasında milli musiqinin təbliğinə ehtiyac var: "Bu məqsədlə Bakı şəhərində yaşayan yeniyetmələri maarifləndirmək üçün təlim formatında tədbir keçirməyi planlaşdırdım. Bu tədbirlərin məqsədi milli musiqimizin yeniyetmələr arasında sevdirilməsinə atılan bir addımdır". S.Novruzzadə qeyd edib ki, Üzeyir Hacıbəyov tərəfindən XX əsr milli musiqimizin professional təməli qoyulandan sonra onun çox böyük inkişaf dövrü başladı və Azərbaycan mədəniyyəti, ələlxüsus da Azərbaycan milli musiqi mədəniyyəti yüksək səviyyəyə çatıb. Sonda layihə rəhbəri verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib. Tədbirdə iştirak edənlərə sertifikatlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31