Gündəm
İƏT-ə üzv Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat qəbul ediblər
Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat qəbul ediblər.
Sabahın HAVAsı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Baş məşqçi istefaya göndərildi
İtaliyanın "Udineze" klubunun rəhbərliyi Murat Yakını baş məşqçi postundan istefaya göndərib. Report xəbər verir ki, bu qərar A Seriyasının VII turunda "Latsio"ya 0:3 hesablı məğlubiyyətlə bitən oyundan sonra verilib.
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
Rusiya hökuməti dövlət məmurlarının "WhatsApp", "Viber" və "Telegram" tətbiqetmələri üzərindən yazışmalarına və hər hansı bir fayl göndərməsinə qadağa tətbiq edib.
"Poyraz Karayel"in sevgililəri ayrıldı?
"Poyraz Karayel" serialının çəkilişlərindən sevgili olan İlker Kaleli və Burçin Terzioğlunun ayrılması haqda xəbərlər yayılıb.
Vüsalə Mahirqızı: “İnformasiya mübadiləsi transmilli medianın manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynaya bilər”
İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında qurumun sədri Fazil Abbasov məruzə ilə çıxış edib.
Latviya seyminin sədri: “Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır”
“Şox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır”.
Səməd Seyidov: Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq
"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq".
İdmançı Kamil Samiraldoya hücum etdi : "Bura kişilərin yeridir, sənin kimi ..."
Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib. BiG.AZ xəbər verir ki, məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib. Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən K. Zeynallı stilistə meyvə atmağa başlayıb. K. Zeynallı bildirib ki, o oturduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.
İdman sahəsində İtaliyanın 3 universiteti ilə əməkdaşlıq ediləcək
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş keçirilib.
“Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçirilib
“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlim ABŞ-ın nüfuzlu University of Marylandın məzunu, “PreMark” PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb. Təlim öncəsi APRA-nın həmtəsisçisi və “Baku School of PR” şirkətinin rəhbəri, Veysəloğlu şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov təlim iştirakçılarına uğurlar arzulayaraq, onların nəzərinə ölkədə İctimaiyyətlə əlaqələr (Public Relations) sahəsinin inkişafı istiqamətində öz töhvəsini verəcək bu kimi təlimlərin mütamadi olaraq keçiriləcəyini və gələcəkdə bu kimi təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb ediləcəyini bildirib.
Avtobus dayanacaqlarında sosial lövhələr quraşdırlıb
Bakı şəhəri üzrə avtobus dayanacaqlarında və yeraltı piyada keçidlərində sosial lövhələr quraşdırılıb. “OLAYLAR”-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, ictimai maarifləndirmə istiqamətində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan sosial lövhələrin uzunmüddətli nümayişi nəzərdə tutulub.
Azərbaycanlı gənclər beynəlxalq festivalda
Polşanın paytaxtı Varşava şəhərində “Varşava mozaikası” adı altında beynəlxalq mədəniyyət festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə ölkəmizi Polşada Azərbaycanlı Gənclər Şurası təmsil edib. Festival zamanı qonaqlara Azərbaycanın milli yeməkləri, ləziz şirniyyatları, ölkəmizin istehsalı olan şirələr təklif edilib.
Excelsior Hotel & Spa Baku” oteli birinci oldu
“Media Consulting & Services” şirkəti 2016-cı ilin sentyabr ayında mətbuatda ən çox işıqlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən “Excelsior Hotel & Spa Baku” oteli sentyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. Sentyabr ayında “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı mətbuatda 100 məlumat işıqlanıb.
“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlar keçirilib
Oktyabrın 2-də “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların test mərhələsi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, bir saat yarım davam edən imtahanda namizədlərə ümumi və psixoloji olmaqla 50 sual təqdim edilib. Namizədlərin əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsinə buraxılacaq. Müsahibə mərhələsində ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar.














