Excelsior Hotel & Spa Baku” oteli birinci oldu
“Media Consulting & Services” şirkəti 2016-cı ilin sentyabr ayında mətbuatda ən çox işıqlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən “Excelsior Hotel & Spa Baku” oteli sentyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. Sentyabr ayında “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı mətbuatda 100 məlumat işıqlanıb.
3 Oktyabr 2016 12:37 Sosial"Media Consulting & Services" şirkəti 2016-cı ilin sentyabr ayında mətbuatda ən çox işıqlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən "Excelsior Hotel & Spa Baku" oteli sentyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. Sentyabr ayında "Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti ilə bağlı mətbuatda 100 məlumat işıqlanıb. Media monitorinq 10 televiziya, 35 çap və 170 online media daxil olmaqla 215-dən çox mənbədə işıqlanan məlumatları say, xarakter və məzmun üzrə təhlil edilərək, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. "AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova "OLAYLAR"-a bildirib ki, əldə edilən uğuru ictimaiyyətlə və müştərilərlə düzgün qurduğumuz işin nəticəsi kimi qiymətləndirir: " Sentyabr ayında "Excelsior Hotel & Spa Baku" otelində "The Most Stylish one" tədbiri və PR mütəxəssislər üçün "Böhrandan əvvəl kommuniasiyalar" təlimi keçirilib. Həmçinin, otelin fəaliyyəti, xidmətləri və yenilikləri haqqında məlumatların ictimaiyyətə açıqlanmasına böyük önəm veririk".