Səməd Seyidov: Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq

"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq".

"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq".

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəzi ölkələrin "demokratiya pərdəsi" altında Azərbaycana təzyiq göstərməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, belə təzyiqlərin arxasında dayanan birinci amil Azərbaycanın müstəqil olmasıdır:

"Referendumun keçirilməsinin əsas məqsədlərindən biri də məhz dünyada baş verən və baş verə biləcək yeni təhlükələr, çağırışlarla bağlıdır. O təhlükələrdən ən vacib olanı, təhlükəli məsələlərdən biri müstəqil siyasət aparan ölkələrə təzyiqlərin göstərilməsidir. Biz bunu Avropada, Yaxın Şərqdə gördük. Bu yaxınlarda isə Türkiyədə gördük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31