Gündəm

Bakıda İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirilib

3 Oktyabr 2016 14:10

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirilib. Konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, İslam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var.

Növbəti ilin dövlət büdcəsi nə vəd edir?

3 Oktyabr 2016 14:11

Fikrət Yusifov: “Növbəti ilin büdcəsində xərclərin ixtisar edilməsini faciə hesab edənlər unutmasınlar ki, gələn il elə həmən büdcədə əmək haqlarının və təqaüdlərin artırılması üçün vəsait nəzərdə tutulub”

Məktəbəhazırlıq qruplarında tədrisə başlanıldı

3 Oktyabr 2016 14:08

Oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb.

Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub

3 Oktyabr 2016 14:06

Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə cari ilin sentyabr ayı ərzində 19 854 müraciət daxil olub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuiat xidməti yayıb. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

3 Oktyabr 2016 14:05

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Sarkisyan Ermənistanın müdafiə naziri oldu

3 Oktyabr 2016 13:46

Ermənistan prezidenti Serj Sarkisyan Vigen Sarkisyanı müdafiə naziri təyin edib. Lent.az bildirir ki, Vigen Sarkisyan buna qədər Prezident Aparatının rəhbəri idi.

Kimsəsiz şəxslərə tibbi yardım necə göstərilməlidir? - Həkimlər toplandı

3 Oktyabr 2016 13:43

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini da daha da yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş Şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirib.

"Taliban" yenidən Kunduz şəhərini ələ keçirdi

3 Oktyabr 2016 13:42

"Taliban" yaraqlıları Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində hücuma keçib.

“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib

3 Oktyabr 2016 13:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Nalbandyan vəzifəsində qaldı

3 Oktyabr 2016 13:38

Ermənistan prezidenti Serj Sarkisyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Akif Əlizadə: AMEA-da artıq ştat vahidi yoxdur

3 Oktyabr 2016 13:36

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq ştat vahidi yoxdur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-da şişirdilmiş ştat vahidlərinin olub-olmamasına münasibət bildirərkən deyib.

Qız da bədbəxt oldu, ata da - Toy hədiyyəsinə görə

3 Oktyabr 2016 13:35

İtaliyada toya hazırlaşan gənc qız xoşagəlməz hadisə ilə üzləşib. Milli.Az NTV-yə istinadla xəbər verir ki, gəlinin atası qızına toy hədiyyəsi etmək üçün İtaliyanın məşhur Banca D'Alba bankını yarıb.

Rusiya və Ukrayna arasında yeni gərginlik - "Casus", yoxsa "jurnalist"?

3 Oktyabr 2016 13:34

Rusiyanın Federal Xidmət Bürosu Moskvada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşını saxlamaları ilə bağlı məlumat yayıb. Qafqazinfo bildirir ki, polkovnik Roman Suşenkonun Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinə dair məlumat topladığı açıqlanıb.

Elxan Şahinoğlu: “Azərbaycan hərbi texnikanın alınmasına vəsaiti azaltmayacaq” 

3 Oktyabr 2016 13:19

“Azərbaycan və Ermənistan 2017-ci il üçün büdcələrini demək olar ki, eyni gündə açıqlayıblar. Hər iki ölkənin büdcəsində hərbi xərclər diqqəti çəkir. Ümumiyyətlə Ermənistan büdcəsinin 2017-ci il üçün gəlir hissəsi 2.6 milyard dollar, xərcləri isə 2.9 milyard dollardır. Büdcə kəsiri 300 milyon dollardır”. SİA-nın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Səfir: "Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik"

3 Oktyabr 2016 13:17

"KİV-lər demokratiyanın onurğa sütunudur". SİA-nın xəbərinə görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında çıxışı zamanı deyib. O bildirib ki, bu gün dünyada İslamla bağlı mənfi səpkidə fikirlər səsləndirilir: "Xüsusən də Qərb ölkələri İndoneziyaya baxanda İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük. Bu gün İndoneziya dünyanın 20 ən nəhəng ölkəsi sırasındadır, Çin və Hindistandan sonra ən sürətli inkişafa malik ölkədir. Yaxın vaxtlarda İndoneziya Böyük Britaniya və Kanadanı ümumdaxili məhsulun həcminə görə keçəcək".