Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub

Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə cari ilin sentyabr ayı ərzində 19 854 müraciət daxil olub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuiat xidməti yayıb. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib.

Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə cari ilin sentyabr ayı ərzində 19 854 müraciət daxil olub. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuiat xidməti yayıb. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 425 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 876 sənəd (1 079 ərizə, 674 məktub, 123 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31