Nazir cəbhə bölgəsinə gedir
Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 10-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində vətəndaşları qəbuledəcək.
3 Oktyabr 2016 12:30 SosialTəhsil naziri Mikayıl Cabbarov oktyabrın 10-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində vətəndaşları qəbuledəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri iştirakedəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 3, 4, 5, 6, 7 oktyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.