Ronaldo daha bir otelini istifadəyə verdi

"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldo "Pestana CR7" brendi ilə növbəti otelini açıb. SİA-nın məlumatına görə, ulduz futbolçu Lissabonda 4 ulduzlu otelinin açılışında iştirak edib. O, gələcəyini düşündüyü üçün öz biznesini qurduğunu bildirib: "Həyat sadəcə futboldan ibarət deyil. Futbol mənim ehtirasımdır. Amma gələcək barədə düşünmək də lazımdır. Mənim futbol karyeram Lissabonda başlayıb.

"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldo "Pestana CR7" brendi ilə növbəti otelini açıb. SİA-nın məlumatına görə, ulduz futbolçu Lissabonda 4 ulduzlu otelinin açılışında iştirak edib. O, gələcəyini düşündüyü üçün öz biznesini qurduğunu bildirib: "Həyat sadəcə futboldan ibarət deyil. Futbol mənim ehtirasımdır. Amma gələcək barədə düşünmək də lazımdır. Mənim futbol karyeram Lissabonda başlayıb. Burda 7 il keçirmişəm. Bu şəhərdə otel açmaq imkanını əldən verə bilməzdim".

Xatırladaq ki, daha öncə portuqalyalı hücumçu dünyaya gəldiyi Funşal şəhərində də otel açmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31