Ermənistan uğursuzluğa məhkumdur
Biz Ermənistanın bir dövlət kimi uğursuzluğa düçar olduğunu müşahidə edirik. Öz qonşularına qarşı işğalçı siyasət yürüdən, onlara qarşı əsassız olaraq ərazi iddiasında bulunan bir dövlət inkişaf edə bilməz və uğursuzluğa məhkumdur”.
3 Oktyabr 2016 12:22 DünyaBiz Ermənistanın bir dövlət kimi uğursuzluğa düçar olduğunu müşahidə edirik. Öz qonşularına qarşı işğalçı siyasət yürüdən, onlara qarşı əsassız olaraq ərazi iddiasında bulunan bir dövlət inkişaf edə bilməz və uğursuzluğa məhkumdur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ATƏT Parlament Assambleyasının Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən 1-ci sessiyasında çıxışıp zamanı Milli Məclisin depuatatı, ATƏT PA-nın üzvü Tahir Mirkişili səsləndirib. Millət vəkili beynəlxalq təşkilatların, xüsusilə də Azərbaycan ərazilərindən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını bir daha iştirakçıların diqqətinə çatdırıb.