Musiqi sahəsində xüsusi istedadı olan gənclərin üzə çıxarılır 

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihəsinin növbəti tədbirini Bakının Nərimanov rayonunda yerləşən Odlar Yurdu Universitetində davam etdirib.

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli musiqimizin təbliğatçısına çevrilək" adlı layihəsinin növbəti tədbirini Bakının Nərimanov rayonunda yerləşən Odlar Yurdu Universitetində davam etdirib. "OLAYLAR"-ın xəbərinə görə,  tədbirdə layihə icraçısı Səbinə Novruzzadə qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli musiqimizi yeniyetmə və gənclərimizə sevdirmək, Azərbaycan mədəniyyətinin təşəkkülündə xidmətləri olan korifey sənətkarları təbliğ etmək və bu sahənin inkişafına töhfə verməkdir. Natiq qeyd edib ki, layihə həm də musiqi sahəsində xüsusi istedadı olan gənclərin üzə çıxarılmasına xidmət edir. Daha sonra bəstəkar Sevinc Vaqifqızı, müəllimə Səbinə Babalı öz çıxışlarında yeniyetmə və gənclərimizin formalaşmasında milli musiqimizin özünə məxsus təsirinin olduğunu bildiriblər. Onlar öz çıxışlarında müasir gənclərin milli ruhdan qopmamasının vacibliyini vurğulayaraq, bu çərçivədə milli musiqimizin gənclər arasında ardıcıl təbliğinin davamlı olmasını tövsiyə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31