Türkiyədə partlayış: 2 ölü, 1 yaralı

Türkiyənin Hakkari vilayətində partlayış olub. Trend "Habertürk"ə istinadən məlumat verir ki, vilayətin Dağlıca ərazisində hərbi maşın keçən zaman baş verən partlayış nəticəsində 2 hərbçi ölüb, 1-i yaralanıb.

Türkiyənin Hakkari vilayətində partlayış olub.

"Habertürk" məlumat verir ki, vilayətin Dağlıca ərazisində hərbi maşın keçən zaman baş verən partlayış nəticəsində 2 hərbçi ölüb, 1-i yaralanıb.

Hadisəyə səbəb PKK terrorçularının yola əldəqayırma partlayıcı qurğu yerləşdirməsi olub.

Dərhal antiterror əməliyyatına başlanıb. Bir PKK-lı təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31