Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Oktyabrın 3-dən 7-dək Makedoniyanın Kavadarci şəhərində Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Oktyabrın 3-dən 7-dək Makedoniyanın Kavadarci şəhərində Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, oktyabrın 3-dən 14-dək isə Rumıniyanın Buxarest şəhərində) sülhü dəstəkləmə əməliyyatları kursu təşkil edilir. Həmçinin oktyabrın 3-dən dekabrın 23-dək qeyd edilən şəhərdə qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatlar kursu keçirilir. Nazirlikdən bildirilib ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31