Gündəm

“Coca-cola zərərli içkidir” - Abdolbari Gözəl

7 Oktyabr 2016 18:54

Bu sözləri  gün “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar İnkişaf Komissiyasının bu gün jurnalistlərin də iştirakı ilə keçirilən yığıncağında çıxış edən Gözəl Azərbaycanın da öz ixrac brendlərini yaratması haqqında danışıb. O deyib ki, Coca cola içkisi hər hansı bir ölkəyə ABŞ-ın özüdən qabaq gəlir: “Coca cola gəlir və bir ölkəni təsir altına salaraq öz sisteminə keçirir. Halbuki bu içki zərərlidir”.

Bakıda əxlaqsızlıq yuvasında çəkiliş: "Mən xalqıma xidmət edirəm" -VİDEO

7 Oktyabr 2016 18:53

Mərdəkanda Tahir Cəfərova məxsus əxlaqsızlıq yuvası aşkar edildi.

"Onları tikanlı məftil, qəfəs gözləyir" – Prezidentdən sensasion açıqlama

7 Oktyabr 2016 18:51

2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olub. Tarixdə bəlkə də ən ağır illərdən biridir.

Kütləni qızışdıran “Ağaəli” adlı şəxs idi

7 Oktyabr 2016 18:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

7 Oktyabr 2016 18:44

Oktyabrın 22-30-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulur.

Azad Rəhimov Göyçayda vətəndaşlarla görüşəcək

7 Oktyabr 2016 18:41

Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98, Heydər Əliyev parkının ərazisi,Göyçay Gənclər Mərkəzi ilə üzbəüz) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar müafiq rayon-şəhər gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Millət vəkili Rüfət Quliyev Ukraynada azərbaycanlılara qarşı olan diskriminasıya hallarına etiraz edib

7 Oktyabr 2016 18:40

Ukraynada rəsmi səfərdə olan Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Kiyev şəhərində Ukrayna-Azərbaycan parlamentlarası əlaqələr üzrə işçi qrupunun rəhbərləri və üzvləri ilə görüşüb.

“SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

7 Oktyabr 2016 18:38

Azərbaycan Texniki Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki,tədbirdə iştirak edən Təhsil Nazirliyi SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH haqqında tələbələrə ətraflı məlumat verərək bu qruplarda təhsil alan tələbələrin qayğısından, təhsilin keyfiyyətindən, yaradılan şəraitdən söz açıb.

Əmək Nazirliyində Asiya İnkişaf Bankının ölkəmizdəki nümayəndəliyinin direktoru ilə görüş olub

7 Oktyabr 2016 18:35

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov ilə görüş olub.

“Azərsun Holdinq”-də tədbir keçirilib

7 Oktyabr 2016 18:29

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti iclası keçirildi. İclasda “Karat Holdinq”in icraçı direktoru Taleh Qasımov, heyvandarlıq kompleksinin rəhbərliyi həmçinin bir sıra kənd təsərrüfatı şirkətlərinin eləcə də, qida istehsalçılarının rəhbərləri və aparıcı media təmsilçiləri iştirak etmişdir.

Milli-mədəni dəyərləri təbliğ edən mətbuat nümayəndələri təltif edildi

7 Oktyabr 2016 18:28

Oktyabrın 7-də Turizm və Menecment Universitetində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ““Milli-mədəni dəyərlərin internet mediada təbliği” – www.CultNews.az layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Tədbirdə adı çəkilən təhsil ocağının rəhbərliyi, millət vəkili, QHT-nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

Zorakılığa yox!

7 Oktyabr 2016 18:26

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi «Məcburi köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri» adlı layihə çərçivəsində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən tam orta məktəbin və Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbin akt zalında 600 nəfərə yaxın məcburi köçkünün iştirakı ilə təlimlər keçirilmişdir.

ŞOK: 10 aylıq uşağı zorlayıb öldürdü

7 Oktyabr 2016 18:23

ABŞ-da ürək bulandıran hadisə yaşanıb.

7 yaşlı uşaq ana və atasınının meyitin tapdı

7 Oktyabr 2016 18:21

ABŞ-da narkotik asılılığı olan gənc evli cütlük zibil dolu evdə ölü tapılıb. Haberler.com bildirir ki, Pensilvaniya ştatında baş verən bu dəhşətli ölüm faktını mərhumların 7 yaşlı qız uşaqları tapıb. Səhər məktəbə gedərkən yanından keçdiyi zibil dolu daxmaya girən azyaşlı valideyinlərinin cansız bədəninə rastlayıb.

Məscidlərdə "Skype" vasitəsilə xütbə və moizələr dinləniləcək

7 Oktyabr 2016 18:20

Azərbaycanda məscidlərdə xütbələrin və moizələrin on-line dinlənilməsi üçün veb-kameralar vasitəsi ilə "Skype" quraşdırılacaq.