Milli-mədəni dəyərləri təbliğ edən mətbuat nümayəndələri təltif edildi
Oktyabrın 7-də Turizm və Menecment Universitetində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ““Milli-mədəni dəyərlərin internet mediada təbliği” – www.CultNews.az layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Tədbirdə adı çəkilən təhsil ocağının rəhbərliyi, millət vəkili, QHT-nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
7 Oktyabr 2016 18:28 SosialASGA növbəti tədbirini keçirdi
Oktyabrın 7-də Turizm və Menecment Universitetində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ""Milli-mədəni dəyərlərin internet mediada təbliği" - www.CultNews.az layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Tədbirdə adı çəkilən təhsil ocağının rəhbərliyi, millət vəkili, QHT-nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov layihə barədə məlumat verib. O, həyata keçirilən layihənin aktual mövzuya həsr olunduğunu deyib. Bildirib ki, informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibdir: "İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil etmiş olur, eyni zamanda öz turizm imknalarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşlüğü və ciddi təlabatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə "Milli-mədəni dəyərlərin internet mediada təbliği" layihəsini təklif etdi. Başda nazirimiz Əbülfəz Qarayev olmaqla layihəmizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. İlkin mərhələdə iki ay davam edəcək layihə çərçivəsində yaradılan internet resurs mərkəzinin isə uzunmüddətli fəaliyyəti nəzərdə tutulub". ASGA sədri deyib ki, rəhbərlik etdiyi təşkilat eyni zamanda işğal altında olan torpağlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az resurs mərkəzində yerləşdirilməsi və davamlı təbliği, dünya mədəni irsinə erməni vandalizminin vurduğu ziyanla bağlı müxtəlif innovativ sorğuların keçirilərək nəticələrinin beynəlxalq təşkilatlara göndərilməsini, sosial şəbəkələrin mümkün imkanlarından istifadə edərək təbliğat və təşviqat işlərinin aparılmasını da nəzərdə tutub. Tədbirdə çıxış edən Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, millət vəkili Elşən Musayev, tanınmış jurnalist Anar Yusifoğlu və digərləri ASGA-nın həyata keçirdiyi layihənin əhəmiyyətindən danışıb. Çıxış edənlər bir faktı da diqqətə çatdırıblar ki, hazırda vilkipedi axtarış sistemində xarici dillərdə Azərbaycanla bağlı məhdud sayda məlumatar mövcuddur və olan ingilis, rus və digər dillərdə Azərbaycanla bağlı məlumatlarda da ölkəmiz barədə təhrif edilmiş informasiyalar yer alıb. Bu baxımdan tədbirdə çıxış edən natiqlər belə layihələrin əhəmiyyətli olduğunu, gələcəkdə sözügedən problemin həlli istiqamətində də layihələrin reallaşdırılmasının zəruriliyini qeyd etdilər. Çıxışlardan sonra ASGA-nın Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli-mədəni dəyərlərin internet-mediada təbliği" layihəsi çərçivəsində çalışdığı media orqanında milli-mədəni dəyərləri təbliğ etdiyinə görə bir qrup mətbuat nümayəndəsi İctimai Birliki tərəfindən diplomla təltif edilib. Təltif edilənlər sırasında "OLAYLAR"-ın da əməkdaşı var.
Süleyman