“Azərsun Holdinq”-də tədbir keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti iclası keçirildi. İclasda “Karat Holdinq”in icraçı direktoru Taleh Qasımov, heyvandarlıq kompleksinin rəhbərliyi həmçinin bir sıra kənd təsərrüfatı şirkətlərinin eləcə də, qida istehsalçılarının rəhbərləri və aparıcı media təmsilçiləri iştirak etmişdir.
7 Oktyabr 2016 18:29 SosialAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının "Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş" komissiyasının növbəti iclası keçirildi. İclasda "Karat Holdinq"in icraçı direktoru Taleh Qasımov, heyvandarlıq kompleksinin rəhbərliyi həmçinin bir sıra kənd təsərrüfatı şirkətlərinin eləcə də, qida istehsalçılarının rəhbərləri və aparıcı media təmsilçiləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov açdı. Sonra isə söz "Azərsun Holdinq"in rəhbəri Abdolbari Goozala verildi.
Abdolbari Goozal çıxışı zamanı Azərbaycanda yeni iqtisadi mərhələnin başlaması ilə əlaqədar dövlət başçısı tərəfindən atılan addımlar, kənd təsərrüfatı sektorunda verilmiş fərman və sərəncamlara toxunaraq bunun Azərbaycanın kənd təsərrüfatı sektorunun uzunmüddətli inkişafına mühüm dəstək olacağını bildirmişdir.
Sonra isə "Azərsun Holdinq"in Azərbaycanın kənd təsərrüfatı sektorunda fəaliyyəti, həyata keçirdiyi layihələrdən bəhs etmişdir. Həmçinin yerli xammal ehtiyatlarının genişləndirilməsi ilə əlaqədar atılan addımlara da toxunmuşdur. Bu sahədə mövcud çətinliklərə də nəzər salan Abdolbari Goozal iqtisadiyyatda son dərəcə qənaətcil siyasət təbiq edilməsi, şirkətlər tərəfindən və yerli xammalın milli şirkətlərin dəstəklənməsinin əhəmiyyətini vurğulamış və dünya təcrübəsindən də nümunələr gətirmişdir.
Çıxışında Azərbaycan mətbuatının cəmiyyətin eləcə də sahibkarların güzgüsü olduğunu qeyd edən Abdolbari Goozal, mediadan öz yazılarında obyektivliyə üstünlük verməyi və faktları olduğu kimi ictimaiyyətə çatdırmağın zəruri olduğunu qeyd etmişdir.
Bununla yanaşı 10 il öncə cənab prezidentin neft kapitalının insan kapitalına çevirməsindən və bu yöndə atılması gərəkən addımlardan bəhs edən Abdolbari Goozal Azərbaycan bazarında baramaçılıq, pambıqçılıq, taxılçılıq sektrunda hazırlanmış təkliflərin dövlət başçısına təqdim olunduğunu, dövlətin müvafiq qurumlarına təqdim olunduğunu və dövlət tərəfindən müvafiq addımlar atıldığını, bu sahənin inkişafı istiqamətində effektiv qərarlar qəbul olunduğunu da vurğulamışdır.
Abdolbari Goozal çıxışı zamanı qeyd etmişdir ki, idxal rüsumunun tətbiq olunduğu sahələr də uzunmüddətli inkişaf mərhələsində öz müsbət nəticəsini göstərəcək. Və yerli istehsalçılar ixrac rüsümları ilə qorunan sahələrin inkişafına daha da maraq göstərəcəklər. həmçinin bu sahədə şəkər çuğunduru əkinlərinin də "Azərsun Holdinq"in fəaliyyət göstərdiyi sahələrlə yanaşı bütün sahələrin şirkət tərəfindən dəstəkləndiyini qeyd etmişdir. Azərsun Holdinqin fəaliyyət göstərdiyi və istehsal etdiyi məhsullardan, sadəcə şəkər çuğunduru məhsulunun bu siyahıya daxil eduilməsinin faydalı olacağını bildirmişdir.
O çıxışında həmçinin Azərbaycanın ən uğurlu istiqamətlərindən biri marka yaratma olduğunu Azərbaycan məhsullarınının brendləşməsinin günün tələbi olduğunu qeyd etmiş və bu istiqamətdə dövlət başçısının "Made in Azerbaijan" brendinin formalaşdırılması və təşviqi-təbliği ilə bağlı atdığı addımları və bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən "Azərçay" brendinin yaradılması istiqamətində verdiyi tapşırıqları xatırladaraq, bu gün "Azərçay"ın dünya markasına çevrildiyini hər bir Azərbaycanlının qürurla istifadə etdiyi bir markaya çevrildiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, yerli media öz yazılarında milli şirkətlərin maraqlarını qorumalıdır və milli məhsulların təbliğinə daha geniş yer ayırmalıdır. Çünki yerli şirkətlər inkişaf edərsə, Azərbaycanın reklam bazarı da inkişaf edər və media sahəsində çalışan şirkətlər iqtisadi baxımdan daha azad və daha güclü olmuş olar.
Eyni zamanda qeyd etmək lazımdır ki, görüş sual cavab xarakterli keçmiş və Azərbaycanın qida bazarında geniş çeşiddə müxtəlif yerli və xarici şirkətlərin məhsullarının satışının həyata keçirildiyi nəzərə çatdırmışdır.
Görüş iştirakçılarına təqdim olunan filmdə Azərbaycan bazarında yerli istehsalçılardan olan "Azərsun Holdinq"in rəf payının 10-15 faiz olduğu və hər bir yerli məhsulla yanaşı bazarda yüzlərlə alternativin olduğu da nümayiş olunan filmdə təsdiqini tapmışdır. Görüşdə iştirak edən media mənsublarının bütün sualları cavablandırılmış, görüş səmərəli işgüzar mühitdə yekunlaşmışdır.