Zorakılığa yox!
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi «Məcburi köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri» adlı layihə çərçivəsində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən tam orta məktəbin və Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbin akt zalında 600 nəfərə yaxın məcburi köçkünün iştirakı ilə təlimlər keçirilmişdir.
7 Oktyabr 2016 18:26 SosialBirləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi "Məcburi köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri" adlı layihə çərçivəsində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən tam orta məktəbin və Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbin akt zalında 600 nəfərə yaxın məcburi köçkünün iştirakı ilə təlimlər keçirilmişdir.
Layihə rəhbəri Lyudmila Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı, rayon İcra hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Firudin Hüseynov Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununun icrasında rayon İcra hakimiyyətlərinin öhdəlikləri və bu mövzuda rayon daxilində görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirin davamı olaraq ekspertlər Günel Səfərova və Fidan Qasımova tərəfindən mövzuya uyğun interaktiv təlimlər keçirilmişdir.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun kitabçalar paylanmışdır.