Gündəm
"Azərbaycanın inkişafını təmin edəcəyəm"
Mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi.
İlham Əliyev: "2016-cı il ölkə iqtisadiyyatı üçün ağır il olsa da, biz inkişaf yolu ilə gedirik və gedəcəyik"
2016-cı il ölkə iqtisadiyyatı üçün ağır il olsa da, biz inkişaf yolu ilə gedirik və gedəcəyik.
İlham Əliyev: "Biz hansı Avropaya inteqrasiya etməliyik? "Müsəlmanlara stop" deyənlərəmi?!"
2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır: "Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır.
Prezident: "Biz özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik"
Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə, onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir.
İlham Əliyev: "Amerikadan səslənən son bəyanat, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir"
Amerikadan səslənən son bəyanat, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. AZƏRTAC bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
"Nazarbayevin Azərbaycana səfəri zamanı iki mühüm sənəd imzalanacaq"
MTRŞ: Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq
“Yayımçılar tərəfindən rəqəmli TV yayımı üçün operatora ödəniləcək məbləğ analoq yayımın məbləğindən baha olmayacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.
Ermənistanda məmur İran vətəndaşını oğurladı
Ermənistanda vergi işçisi İran vətəndaşını oğurlayıb. Polisin müdaxiləsində sonra qaçırılan şəxs azad edilib. Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin Dövlət Gəlirləri Komitəsinin vergilər üzrə əməkdaşı başqa bir silahdaşı ilə birlikdə gecə saatlarında Kotayk rayonunun Mayakovski kəndindəki fermanın yanında İran vətəndaşını avtomobilə oturdaraq qaçırıblar.
Çeçenistan parlamentinin spikeri Ali Məhkəmənin sədrini döydü
Çeçenistan Respublikası parlamentinin spikeri Məhəmməd Daudov respublika Ali Məhkəməsi sədrinin səlahiyyətlərinin müvəqqəti icraçısı Tahir Murdalovu döyüb.
Şahidlər adlarına götürülən kreditlərdən xəbərsiz olduqlarını dedilər
Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirib.
Prezident İlham Əliyev: "Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Baş redaktor sərbəst buraxıldı
Bu gün "Gündəm xəbər" qəzetinin baş redaktoru Şirin Cəfəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə dəvət olunub.
Komitə sədri: "Hər şey məscidin daxilində olmalıdır"
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun Milli.Az-a müsahibəsi:
MTRŞ-dən Zaurla Xoşqədəmin verilişi ilə bağlı- AÇIQLAMA
Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin aparıcısı olduğu proqramlarla bağlı açıqlama verib.
Referendum: islahatlar yolunda əhəmiyyətli addım
Nəhayət, Azərbaycanda sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsi baş tutdu! Seçicilərin aktivliyi kifayət qədər yüksək oldu. Səs verənlərin 92 faizi "hə" dedi. Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisidir. Bunlarla yanaşı, referendum vacib siyasi hadisədir. Onun daxili və geosiyasi təsirləri vardır.












