Gündəm
Ermənilər Azərbaycan torpaqlarını yandırırlar
Erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunur.
Obama Gülənin dərhal qaytarılmasını tələb etdi
ABŞ prezidenti Barak Obama Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin dərhal Türkiyəyə qaytarılmasını tələb edib.
FED: Faiz dərəcələri gözləniləndən daha tez artırılmalıdır
"Faiz dərəcələrini gözləniləndən daha tez bir vaxtda artırmaq məcburiyyətində qala bilərik". "APA-Economics" xəbər verir ki, bunu Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren (Eric Rosengren) CNBC telekanalına müsahibəsində deyib.
Azərbaycan prezidenti Tailand kralının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib.
Azərbaycan prezidenti BMT-nin yeni baş katibini təbrik edib
Azərbaycan prezidentiİlham Əliyev Antoniu Quttereşi Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
KTMT ölkələrinin liderləri İrəvanda Qarabağla bağlı bəyanat qəbul etməyəcəklər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcəklər.
İnstitut direktoru: “Məktəblərdə kimya fənnini öyrədə bilmirlər”
"Bu gün ölkənin neft sənayesində ən böyük problem təhsil müəssisələrində kimya fənninin tədrisi ilə bağlıdır".APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov bildirib.
Ermənistanda KTMT ölkələri dövlət başçılarının sammiti keçirilir
İrəvanda, Ermənistan prezidentinin iqamətgahında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.
Bu il 1800 nəfər narkotiklərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Deputat parkomatlardan şikayətləndi
“Harada adamlar çox yığışır, ora parkomatlar düzdülər. Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır”. Bunu deputat Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu mənzərəyə hər gün “Elmlər Akademiyası” metrosu ətrafında rast gəlmək mümkündür: “Metronun giriş-çıxışılarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazanc güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən deyir ki, biz baxmırıq”.
Gömrük rüsumlarının həcmi artıb
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 227 649,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 127 350,87 min manat yaxud 2,27 dəfə çoxdur. Bu barədə Komitədən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 37 681,98 min manat yaxud 2,95 dəfə artaraq 56 971,8 min manat olub. Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 87 749,62 min manat yaxud 2,21 dəfə artaraq 160 300 min manat, aksizlər 1 142,86 min manat yaxud 16,78% artaraq 7 952,4 min manat, yol vergisi üzrə daxilolmalar isə 776,46 min manat və ya 47,08% artaraq 2 425,7 min manat təşkil edib.
Gənclər vətənpərvər böyüyür
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təşkil edilən mədəni-kütləvi tədbirlər, maarifləndirmə aksiyalarının mühüm əhəmiyyəti var.
Dövlət qulluğunda yeni vəzifələr yaradılıb
Bu, prezidentin fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini artıracaq Oktyabrın 14-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təklif deyib ki, Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır.
“Qızıl Məryəm”in bacısı oğlu: “Xalamı izləməyi qızı tapşırmışdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Müsavat başqanı və Milli Şuranın üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub
Bu gün Müsavat başqanı Arif Hacılı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Oqtay Gülalıyev, Gözəl Bayramlı və AXCPAli Məclisinin sədri Nurəddin Məmmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunublar.














