“Qızıl Məryəm”in bacısı oğlu: “Xalamı izləməyi qızı tapşırmışdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
14 Oktyabr 2016 16:11 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nicat Eyvazov ifadə verib. O bildirib ki, Məryəm Nametzadeni izləməyi ona G. Hüseynova tapşırıb.
Məhkəmə prosesi oktyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.