Gündəm
FETÖ-nün girov götürdüyü general ABŞ-a getdi
Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Аkar ABŞ-a səfərə gedib. Azvision.az bildirir ki, bu barədə xəbəri NTV telekanalı yayıb.
Rusiyanın Ermənistandakı səfiri: "Bakıda deyiblər?! Xəbərim yoxdur"
"Azərbaycanın Rusiya ilə birlikdə raket istehsal etmək niyyəti barədə heç nə deyə bilmərəm".
“Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” mövzusunda simpozium keçiriləcək
Oktyabrın 15-də Bakıda “Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” mövzusunda simpozium keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Mərmərə universiteti fən-ədəbiyyat fakültəsi tarix bölümünün təşkilatçılığı ilə baş tutacaq.
"İspan musiqisi və poeziyası axşamı" keçiriləcək
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İspaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən "İspan musiqisi və poeziyası axşamı" keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, tədbirdə Azərbaycan Dillər Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri ən yaxşı ispan müəlliflərinin əsərlərindən seçilmiş nümunələr təqdim edəcəklər.
Putin Ermənistanda səfərdədir
Rusiya prezidenti Vladimir PutinErmənistana səfər edib.
Dekabrda Aİ-Azərbaycan əməkdaşlığı üzrə növbəti alt komitənin iclası keçiriləcək
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə 4-cü alt komitənin iclası dekabrın ikinci yarısında Bakıda keçiriləcək.
Deputat televiziyalardakı reklamlardan narahatdır
Milli Məclisin bu gün keçirilən iclasında deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlığını ifadə edib.
Midhət Abasovun anadan olmasının 90 ili qeyd edilib
Görkəmli alim, böyük elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Midhət Abasovun anadan olmasının 90 illi tamam olur.
Rufiz Qonaqov: “Azərbaycan, Türkiyə və Rusiya güclü əməkdaşlıq nümunəsi ortaya qoya bilər”
Oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi bir sıra məqamları ilə yadda qaldı. Konrqesin açılışında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi dünya mətbuatının diqqətindən yayınmadı. Türkiyə-Rusiya münasibətlərində yaranmış soyuq münasibətdən sonra İstanbulda belə bir görüşün baş tutması bir sıra xarici qüvvələrin ürəyincə olmasa da, müzakirələrin region üçün ciddi iqtisadi və siyasi əhəmiyyəti etiraf olunmaqdadır.
İsrailin Azərbaycandakı səfiri ADU-da oldu
Oktyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Səfirdən Gələcək Səfirlərə” layihəsinin növbəti qonağı İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavı qəbul etdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
Dillər universitetinin əməkdaşının kitabı xaricdə fransız dilində nəşr olunub
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) rektorunun müşaviri, doktor Vazeh Əskərovun Presses Academique Francophone (PAF) nəşriyyatında sayca ikinci olan “Gérondif, Participe Présent, Adjectif Verbal” adlı kitabı işıq üzü görüb.
Azercell telekommunikasiya sahəsində ilk dəfə “Premium Müştəri Xidmətləri”ni təqdim edir
“Azercell Telekom” MMC müştəri xidmətlərində innovativ bir addım atır. Şirkət özəl abunəçilərinə fərdi yanaşma təklif edir. Son illər ərzində Azercell-ə sadiq olan abunəçilər üçün “Premium Müştəri Xidmətləri” yaradılıb.
Kral yandırılacaq, məmurlar 1 il yas tutacaqlar
Tailandda "9-cu Rama" adlandırılan 89 yaşlı kral Phumpion Adulyadetin vəfatından sonra 30 günlük matəm elan olunub. Məmurlar üçünsə matəm 1 il davam edəcək. AsiaOne bildirir ki, kral Phumpion ölkəni 70 il ərzində idarə edib.
Türkiyədə 200-ə yaxın prokuror və hakimin həbsinə qərar verildi
Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində təqribən 189 prokuror və hakimin tutulması barədə qərar çıxarılıb.














