FETÖ-nün girov götürdüyü general ABŞ-a getdi

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Аkar ABŞ-a səfərə gedib. Azvision.az bildirir ki, bu barədə xəbəri NTV telekanalı yayıb. 

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Аkar ABŞ-a səfərə gedib.

Azvision.az bildirir ki, bu barədə xəbəri NTV telekanalı yayıb. 

Akar İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya üzv ölkələrin baş qərargah rəhbərlərinin iclasında iştirak edəcək.

Qeyd edək ki, koalisiyaya 65 ölkə daxildir.

Xatırladaq ki, Hulusi Akar Türkiyədə 15 iyul dövlət çevrişinə cəhd zamanı FETÖ üzvü olan hərbçilər tərəfindən girov götürülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31