Deputat parkomatlardan şikayətləndi

“Harada adamlar çox yığışır, ora parkomatlar düzdülər. Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır”. Bunu deputat Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu mənzərəyə hər gün “Elmlər Akademiyası” metrosu ətrafında rast gəlmək mümkündür: “Metronun giriş-çıxışılarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazanc güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən deyir ki, biz baxmırıq”.

"Harada adamlar çox yığışır, ora parkomatlar düzdülər. Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır". Bunu deputat Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu mənzərəyə hər gün "Elmlər Akademiyası" metrosu ətrafında rast gəlmək mümkündür: "Metronun giriş-çıxışılarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazanc güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən deyir ki, biz baxmırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31