KTMT ölkələrinin liderləri İrəvanda Qarabağla bağlı bəyanat qəbul etməyəcəklər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcəklər.
14 Oktyabr 2016 17:01 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcəklər.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bu gün Ermənistan KTMT-yə üzv ölkələrin dövlət başçılarının toplantısı keçirilir. Toplantıda Rusiya prezidenti Vladimir Putin də iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31