Gündəm

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ilk iclası keçirilib

14 Oktyabr 2016 17:54

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçilib.

Azərbaycanın turizm imkanları barədə Rusiya kanalında video materiallar yayımlanıb

14 Oktyabr 2016 17:51

Rusiya federasiyanın “Astarxan 24” kanalında Azərbaycanın turizm imkanları barədə video materiallar yayımlanıb. Paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif regionları haqqında geniş materiallar bu kanal vasitəsilə geniş auditoriyaya təqdim olunub. 

Dövlət Komitəsinin sədri Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşezlə görüşüb

14 Oktyabr 2016 17:49

Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşezlə görüşüb.

Elxan Elatlı ilə görüşü keçirilib

14 Oktyabr 2016 17:47

YAP Gənclər Birliyi vaxtaşırı olaraq, gənclərin təklifləri əsasında müxtəlif incəsənət insanları, o cümlədən, yazıçı və şairlərlə görüşlər keçirir. Belə tədbirlərdən biri də YAP Gənclər Birliyinin “Sən də bizə qoşul, bir kitab oxu!” devizi altında azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüşü keçirilmişdir.

10 evdən oğurluq edən şəxsin əlləri qandallandı

14 Oktyabr 2016 17:45

Bakıda silsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 30-dan oktyabrın 10-dək olan müddətdə Bakı şəhər sakinləri olan 10 (on) nəfərə məxsus evlərdən və 3 (üç) avtomobildən pul və məişət əşyaları oğurlamaqda, habelə Rəfayel Mikayılova məxsus həyətyanı sahədən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən paytaxt sakini Tural Əmişov tutulub. 

Bankomatdan 3 nəfərin pulunu oğurlayan tutulub

14 Oktyabr 2016 17:44

Səbael rayonunda dələduzlqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 15-də Bakı şəhər sakinləri Vaqif Həsənova, Cəmilə Quliyevaya və Mətanət Quliyevaya məxsus bankomat kartlarının hesabından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Novruz Hüseynov tutulub.

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslar saxlanıb

14 Oktyabr 2016 17:42

Nəsimi rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Bakı şəhər sakini Vəkil Dönməzovun 550 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Əli Mövsümov və Eldar İmranzadə tutulublar. 

Keçmiş məhbusun evində narkotik maddə aşkarlanıb

14 Oktyabr 2016 17:40

Sumqayıt sakininin evində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Abdullazadənin evinə baxış zamanı oradan 520 qram heroin aşkar edilərək götürülüb.

Gömrükdən qara kürünün keçirmək cəhdinin qarşısı alınıb

14 Oktyabr 2016 17:40

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs baqajını gömrük nəzarətindən keçirmək üçün təqdim edərkən baqajın içərisində gündəlik ərzaq məhsullarının olduğunu bildirib. Lakin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baqajın yoxlanması zamanı onun içərisindəki ərzaq məhsullarının arasından 12 ədəd plastik qabda qara rəngli kürü aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan məhsul insan qidası üçün istifadəyə yararlı nərə balığı kürüsüdür və ümumi netto çəkisi 5 kiloqram 750 qramdır. Faktla bağlı araşdırma aparılır.

Qaradağ Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirildi

14 Oktyabr 2016 17:37

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 07 oktyabr 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Əflatun Amamşov: “Şəhid ailələrinin sığortapulu 10 dəfə artırılsın”

14 Oktyabr 2016 17:36

Deputat Əflatun Amaşov şəhid ailələrinə ödənilən birdəfəlik 10 min manat sığortapulunun artırılmasını təklif edib. O, qeyd edib ki, Azərbaycanda elə şirkət var ki, bir işçisinin həyat sığortasına görə 100 min manat vəsait ödəyir: “Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi 10 min manat sığortapulu ödənilir.

Deputat təklif edir

14 Oktyabr 2016 17:34

 “Bu gün dövlət və cəmiyyət tərəfindən şəhid ailələrinə çox böyük qayğı və dəstək var. Şəhidlərimzi heç vaxt unutmuruq. Onlara cəmiyyət və dövlət də böyük mənəvi və maddi qayğı göstərir”. Bunu Milli Məclisin iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib.

Deputatlarımız Avstraliyada səfərdə olacaqlar

14 Oktyabr 2016 17:33

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.

Rusiya daimi olaraq Suriyada qalacaq - PUTİN TƏSDİQLƏDİ

14 Oktyabr 2016 17:31

Rusiya prezidenti Vladimir Putin Suriya hökuməti ilə əldə edilmiş və bu ölkədəki "Hmeimim" hərbi bazasını sonsuzadək istifadəyə imkan verən müqaviləni təsdiqləyib.

Sergey Lavrov: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”

14 Oktyabr 2016 17:28

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.