Elxan Elatlı ilə görüşü keçirilib

YAP Gənclər Birliyi vaxtaşırı olaraq, gənclərin təklifləri əsasında müxtəlif incəsənət insanları, o cümlədən, yazıçı və şairlərlə görüşlər keçirir. Belə tədbirlərdən biri də YAP Gənclər Birliyinin “Sən də bizə qoşul, bir kitab oxu!” devizi altında azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüşü keçirilmişdir.

YAP Gənclər Birliyi vaxtaşırı olaraq, gənclərin təklifləri əsasında müxtəlif incəsənət insanları, o cümlədən, yazıçı və şairlərlə görüşlər keçirir. Belə tədbirlərdən biri də YAP Gənclər Birliyinin "Sən də bizə qoşul, bir kitab oxu!" devizi altında azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov yazıçı haqqında geniş məlumat verib. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərt olduğunu qeyd edib. Qeyd edib ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Seymur Orucov valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik" deyə əlavə edib.

Daha sonra YAP Gənclərinin onunla görüş keçirilməsindən xüsusi məmnunluq duyduğunu bildirən yazıçı Elxan Elatlı buna görə partiya  rəhbərliyinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, bədii yaradıcılığa başlayandan bugünədək gənclərlə bir çox görüşlər keçirib. Yazıçı Elxan Elatlı görüş zamanı tələbə-gənclərə öz yaradıcılığı barədə məlumat verməklə yanaşı, həm də onlarla bədii ədəbiyyat, vətəndaşlıq, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı öz fikir və mülahizələrini bölüşüb. Görüşdə tələbə-gənclərin müxtəlif sualları cavablandırılıb. Görüş hamıda xoş təəssürat yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31