Ermənistanda KTMT ölkələri dövlət başçılarının sammiti keçirilir

İrəvanda, Ermənistan prezidentinin iqamətgahında  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

İrəvanda, Ermənistan prezidentinin iqamətgahında  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, iclasda Tacikistan, Qırğızıstan, Belarus və Rusiya dövlət başçısı səviyyəsində, Qazaxıstan isə baş nazir səviyyəsində təmsil olunur. Toplantıda beynəlxalq vəziyyət, kollektiv təhlükəsizliyin təminatı ilə bağlı aktual məsələlər, terrorizmə qarşı mübarizə müzakirə məsələləri olunacaq, Kollektiv Təhlükəsizlik Strategiyası nəzərdən keçiriləcək. Sonda bir sıra siyasi bəyanatların qəbulu  gözlənilir.

Sonda KTMT-yə sədrlik Ermənistandan Belarusa keçəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31