Müsavat başqanı və Milli Şuranın üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub

Bu gün Müsavat başqanı Arif Hacılı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Oqtay Gülalıyev, Gözəl Bayramlı və AXCPAli Məclisinin sədri Nurəddin Məmmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunublar.

A. Hacılı APA-ya dəvətin son vaxtlar respublikada radikal dini cərəyanların fəallaşması ilə bağlı olduğunu bildirib: "Təxminən idarənin rəhbərliyi ilə 20 dəqiqəlik görüşüm oldu. Son vaxtlar respublikada bəzi radikal dini cərəyanların fəallaşması, həmin cərəyanların Azərbaycana dost olmayan mərkəzlər tərəfindən idarə edilməsi və bu halların onlarda narahatçılıq doğurduğunu bildirdilər. Onlar bu narahatlığı bizimlə bölüşməyə ehtiyac duyduqlarını dilə gətirdilər. Partiya üzvlərinin bu kimi cərəyanlara qoşulmamaları barədə xəbərdarlıq etdilər".

Milli Şuranın Koordinasiya Mərkəzinin Gözəl Bayramlı isə APA-ya bildirib ki, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması "facebook" paylaşımları ilə bağlı olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31