Gündəm
Nəqliyyat Panelinin 11-ci iclası keçiriləcək
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının "İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunlaşma" üzrə 2-ci çoxtərəfli platforması çərçivəsində Nəqliyyat Panelinin 11-ci iclası keçiriləcək. “OLAYLAR”-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclas zamanı, Rotterdamda keçirilmiş Nazirlər görüşündən sonra görülmüş işlər, yarana biləcək problemlərin aradan qaldırılması yolları, eləcə də TEN-T şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələr və onların maliyyələşdirmə mexanizmlər ilə bağlı məsələlər müzakirə ediləcək. Müzakirələrdə Nəqliyyat Nazirliyindən və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti iştirak edəcək.
"Qəbələ" ilə oyun öncəsi 2 qayıdış
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək "Sent-Etyen" oyun öncəsi şad xəbər alıb.
Qvardiola: "Messini transfer etmək istəmirəm"
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Neymarı transfer etmək istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dini zəmində qanun pozuntuları ilə bağlı cəzalar ağırlaşdırılacaq
Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər oktyabrın 28-də plenar iclasın müzakirəsinə çıxarılacaq.
İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar
45 min hərbçinin iştirakı ilə başlanan Mosul əməliyyatı çərçivəsində 20-dən artıq kənd və qəsəbə terrorçulardan azad edilib.
Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN"
Azərbaycanda sosial şəbəkələrdə açıq-aşkar qadın alveri ilə məşğul olan səhifələr fəaliyyət göstərir. Baku.ws bildirir ki, xüsusilə Instagram-da yaradılan səhifələrdə qadınlar intim münasibət təklif edirlər. Bəzi hallarda bu səhifələr masaj xidməti altında, bəzən isə açıq-aşkar şəkildə təklif olunur.
Suriya Krımı tanıdı
"Suriya hökuməti Krımı Rusiyanın tərkib və ayrılmaz hissəsi sayır". Milli.Az bildirir ki, Suriya parlamentinin spikeri Hadiyə Abbas Sputnik agentliyinə verdiyi müsahibəsində belə deib.
Bakıda qızların çoxu niyə bu yaşda evlənir?
Azvision.az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kefedrasının müdiri Elmira Əliyeva deyib.
Mosulda 100 İŞİD-çi öldürülüb
Mosulun azad edilməsi əməliyyatının üçüncü günündə rəsmi Vaşinqton bəyan edib ki, İŞİD terror təşkilatı kimyəvi silahdan istifadə edə bilər.
Köhnə nişanlısı canlı yayımda studiyaya girdi: ara qarışdı
"Star TV"də Zuhal Topalın aparıcılığı ilə yayımlanan izdivac verilişində taleyini axtaran Melihin gəlin namizədi ilə görüşəcəyi məqamda köhnə nişanlısı Nazlının studiyaya "hücumu" hər kəsi təəccübləndirib.
Nazirlik ana ölümlərinin əsas səbəbini açıqlayıb
“Son bir ayda Azərbaycanda iki ana ölümünün başvermə səbəbləri hələlik ekspertizada araşdırılır. Hazırda ana ölümünün səbəbləri araşdırıldığından il ərzində baş verən ana ölümləri ilə bağlı konkret rəqəm demək mümkün deyil. Ümumilikdə isə ana ölümlərinin sayı son illər azalıb”.
Tuncelidə 13 terrorçu öldürüldü
Tuncelinin Kutlu Dərə bölgəsində Türkiyə Silahlı Qüvvələrinin birliklərinin 16 oktyabrdan bu günə qədər apardığı hava dəstəkli əməliyyat nəticəsində 3 gün ərzində 13 terrorçu məhv edilib. Gələn xəbərə görə, terrorçuların 6 nəfəri qadın 7 nəfəri isə kişidir. Terrorçuların gizləndiyi sığınaqdan isə çoxlu sayda silah-sursat, partlayıcı maddə, radioqəbuledici rabitə cihazları və ərzaq tapılıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Azərbaycan sülhün və təhlükəsizliyin təmin olunmasında ən perspektivli tərəfdaşdır
Qlobal miqyasda baş verən iqtisadi və maliyyə problemlərinə baxmayaraq Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələrək öz inkişaf yolunu davam etdirir. Bunu şərtləndirən başlıca amil isə ölkəmizin XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra öz yolunu seçməsi, bu yola sadiq qalaraq qətiyyətlə addımlamasıdır. Məhz həyata keçirilən müstəqil və uğurlu siyasət bu gün Azərbaycana imkan verir ki, qarşısına çıxan maneələri asanlıqla dəf etsin.
Metropoliten təlim keçir
«Bakı Metropoliteni» QSC-nin insan resursları şöbəsinin əməkdaşlarına əmək qanunvericiliyi və kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təlimin təşkil olunmasında məqsəd insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə yeniliklərin tətbiqidir. Müəssisənin təlim-tədris mərkəzində “Əmək qanunvericiliyi və kadr işinin təşkili” mövzusunda 20 saatlıq praktiki təlimi bu sahə üzrə ixtisaslı mütəxəssis Rauf Məmmədov keçib. Təlimdə Azərbaycan Respublikasının əmək qanunvericiliyi, BƏT konvensiyalarının Azərbaycan əmək qanunvericiliyində yeri, işçinin və işəgötürənin hüquq və vəzifələri, əmək qanunvericiliyinin pozulmasına görə cərimələr, kollektiv müqavilə, əmək müqaviləsi, intizam tənbehi və verilmə qaydası, şəxsi işlərin saxlanması və istifadə qaydaları, məşğulluq hesabatları, iş və istirahət vaxtı işçinin əmək haqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək haqqının hesablanması, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər mövzular müzakirə olunub. İnsan resursları şöbəsinin təlimi müvəffəqiyyətlə bitirən əməkdaşlarına sertifikatlar təqdim olunub.














